Keyfiyyətli təhsilə əlçatanlıq artırılır
01.08.2023 [10:00]
Güzəştlər müharibə veteranlarına da şamil olunacaq
MÜBARİZ
Yeni tədris ilindən etibarən müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Bu, Prezident İlham Əliyevin 27 iyul 2023-cü il tarixində imzaladığı “Sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi mexanizminin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamında əksini tapıb. Dövlət başçısının imzaladığı yeni Sərəncam sentyabrın 1-dən qüvvəyə minəcək.
Neft kapitalının insan kapitalına çevrilməsi siyasəti
Azərbaycanda Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq neft kapitalının insan kapitalına çevrilməsi siyasəti həyata keçirilir. O cümlədən gənclərin sağlam ruhda böyümələrinə və yaxşı təhsil almalarına yönəldilən böyük həcmlərdə maliyyə vəsaitləri çox haqlı olaraq ölkəmizin gələcəyinə yönəldilən sərmayələr kimi dəyərləndirilir. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Eyni zamanda, dövlət başçısının imzaladığı sənədlər əsasında “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” qəbul olunub. Yeni Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.
Yuxarıda bəhs etdiyimiz Sərəncamın imzalanması dövətimizin başçısının ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsinə güclü siyasi iradə göstərməsinin daha bir ifadəsidir. Respublikamızda aparılan siyasətə uyğun olaraq gənclərin keyfiyyətli təhsilə əlçatanlığının təmin olunması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub.
Eyni zamanda, bəhs olunan Sərəncam Azərbaycan dövlətinin sənəddə göstərilən həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsini hədəfləyir. Böyük Zəfər qazandığımız 44 günlük müharibənin əsas ağırlığı, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, məhz gənclərin üzərinə düşüb. Ölkəmizdə son 20 ildə yetişən gənclərdə güclü milli ruh var, onlar adət-ənənələrimizə bağlıdırlar və vətənpərvərdirlər. Məhz gənclərimizin bu kimi yüksək mənəvi keyfiyyətlərə malik olmalarının nəticəsidir ki, Vətən müharibəsində şəxsi heyət arasında bir dənə də olsun fərarilik faktı qeydə alınmayıb. Gənclərimiz qüdrətli Azərbaycanla qürur duyurlar. Eyni zamanda, onlar ötən illərdə dövlət müstəqilliyini, Konstitusiya quruluşunu, ərazi bütövlüyümüzü hər an qorumağa hazır olduqlarını nümayiş etdiriblər. Bu kimi amallar uğrunda gənclərimiz müqəddəs şəhidlik zirvəsinə ucalıblar, müxtəlif dərəcələrdə bədən xəsarəti alıblar. Təsəlli yerimiz ondadır ki, şəhidlərin qanı yerdə qalmayıb - Vətən torpaqları işğalçılardan azad edilib. Bu gün cəmiyyətimizdə şəhidlərin ruhuna böyük ehtiram bəslənilir. Onların ailələri, övladları, eləcə də qazilər cəmiyyətimizin və dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar.
Təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək
Prezident İlham Əliyevin 18 mart 2014-cü il tarixində imzaladığı Sərəncama görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulurdu. Yeni sənədə əsasən dövlət büdcəsinin vəsaitləri hesabına təhsil alacaq bəlli kateqoriyadan olan vətəndaşların əhatə dairəsi genişləndirləcək. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin də təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.
Sərəncamla Nazirlər Kabinetinə sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

