“Aliment Fondu” yaradılır...
09.08.2023 [11:21]
Problemlər həllini tapacaq?
Bəzi atalar boşanma zamanı sadəcə, həyat yoldaşlarından deyil, doğma övladlarından da sanki “ayrılır”, bütün öhdəliklərini, məsuliyyətlərini unudurlar. Bu zaman tərəflər arasında ziddiyyətlər, çəkişmələr, qarşılıqlı ittihamlar başlayır. Boşanma faktı ilə üz-üzə qalan ailələrdə aliment problemləri yaşanır. Bir çox hallarda aliment ödəməli olan tərəf cürbəcür bəhanələrlə ödənişi həyata keçirmək istəmir. Bunun üçün obyektiv və subyektiv səbəblər tapırlar. Bu məsələdə ziyan çəkən tərəf isə uşaqlar olur.
Ölkəmizdə “Aliment Fondu”nun yaradılması məsələsi yenidən gündəmə gəlib. Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, aliment tələbinə dair məhkəmə qərarlarının çoxu yerinə yetirilmir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı millət vəkillərinə müraciət edənlərin sayı olduqca çoxdur.
Millət vəkili qeyd edib ki, problemin aradan qaldırılması üçün “Aliment Fondu” yaradılmalıdır və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir: “Aliment ödəməyənlərin həbsi ilə problemi çözmək mümkün deyil. Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma, müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır”.
“Aliment Fondu”nun yaradılması mövcud problemləri həll edə biləcəkmi?
Sualımızı cavablandıran hüquqşünas Nadir Məmmədovun sözlərinə görə, uzun illərdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin vətəndaş cəmiyyəti qurumları tərəfindən fondun yaradılmasının zəruriliyi qeyd olunur. O, bildirib ki, vətəndaş cəmiyyətini narahat edən məsələlərdən biri məhkəmə qərarlarının olmasına baxmayaraq, bir çox şəxslərin aliment verməkdən yayınması və ya imtina etməsidir: “Bəziləri, ümumiyyətlə, zamanında ölkə ərazisini tərk edib gediblər və onları tapmaq mümkün deyil. Ailə Məcəlləsinə görə, valideynlərin əsas vəzifələrindən biri uşağın qayğısına qalmaq, onun mənəvi tərbiyəsində iştirak etmək, sosial-iqtisadi dəstək göstərməkdir. Bu baxımdan məhkəmələrin çıxardığı qərarlar icra olunmalıdır. Çünki hazırda ölkəmizdə aliment ala bilməyən uşaqlar çoxdur”.
Hüquqşünasın fikrincə, dövlətin bu quruma vəsait ayırması aliment ödənməli olan uşaqların daha yaxşı təmin edilməsinə gətirib çıxara bilər: “ “Aliment Fondu” aliment verilməsində fasiləsizliyi təmin edə, eyni zamanda uşaqların normal böyüməsi məqsədilə maliyyə mənbələrindən biri ola bilər. Sonradan aliment ödəməli olan şəxsləri işlə təmin etməklə və ya digər formada onlardan pulun alınması həyata keçirilə bilər. Hazırkı vəziyyətdə isə alimentin verilməməsi ailələri daha çətin vəziyyətə salır, uşağın böyüməsi, təhsili, sosial müdafiəsinin təmin edilməsində çətinliklər meydana çıxır. Hesab edirəm ki, “Aliment Fondu”nun yaradılması bu çətinliyin qarşısını alacaq”.
Hər iki valideyn məsuliyyət daşıyır
Hüquqşünas vurğulayıb ki, valideynlər ayrıla bilər, amma bu, onları valideyn məsuliyyətindən azad etmir: “Düşünürəm ki, “Aliment Fondu”nun yaradılması valideynlərin daha məsuliyyətli olmasına gətirər. Çünki valideynləri ayrıldıqda bundan əziyyət çəkən hər zaman uşaqlar olur. Uşaqlıq illərinin çətin vəziyyəti və ananın problemlərlə baş-başa qalması ikinci dəfə uşağın psixologiyasını sarsıdır. Bu isə gələcəkdə uşağın həyatına izsiz ötüşmür. Atalar bu fəsadları düşünmədən addım atır. Dünyaya gələn vətəndaş üçün hər iki valideyn məsuliyyət daşıyır və daşımalıdır. Məhz bu səbəbdən “Aliment Fondu”nun yaranması çox önəmlidir”.
N.Məmmədovun sözlərinə görə, aliment uşağın sayından asılı olmayaraq, valideynin daimi qazancının və ya başqa gəlirlərinin müəyyən hissəsi qədər tutulur: “Əgər valideynin qazancı qeyri-müntəzəm olarsa, yaxud tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Alimentlə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqəli qanunda bütün lazımı tədbirlər nəzərdə tutulsa da, bəzi hallarda çətinlik yaranır. Valideyn işsiz olduqda boşandıqdan sonra alimentin ödənməsində çətinliklər yaşanır. Qeyd edim ki, bu gün boşanmaların əksər hissəsi maddi imkansızlıqdan baş verir. Belə olan halda da boşanmadan sonra aliment ödənməsi mümkün olmur. Amma düşünürəm ki, vicdanı olan ata məcburiyyət tədbirləri olmadan belə, imkanı çatan vəsaiti övladından əsirgəməz.
Qanuna əsasən, aliment bütün tərəflər üçün eyni nəzərdə tutulub. Hər iki valideynin hüquq və vəzifələri bərabərdir. Maddi vəziyyəti yaxşı olan tərəf digər tərəfə kömək etməlidir. Bu, qanunvericilikdə də əksini tapıb”.
Alimentdən yayınanları hansı cəza gözləyir?
N.Məmmədov qeyd edib ki, alimentlə bağlı qətnamənin icrasını aliment ödəməli olan valideynin yaşayış yeri üzrə İcra şöbələri və Probasiya xidməti həyata keçirir. İlk növbədə, cavabdehə icraata başlamaq haqqında qərar göndərilir və icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunur: “Qərar könüllü icra olunmadıqda şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirmə və axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər də görülə bilər”.
3 ilədək həbs...
Hüquqşünas qeyd edib ki, alimentin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə məsuliyyətinə cəlb oluna bilərlər: “Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Gördüyümüz kimi, qanunda borclunun qətnaməni icra etməsi üçün kifayət qədər məcburiyyət tədbirləri, etmədiyi təqdirdə isə cəza növləri mövcuddur.
Dünya praktikasına nəzər salsaq, bəzi ölkələrdə valideyn haqlı səbəblərdən alimenti ödəyə bilmədikdə dövlət o öhdəliyi öz üzərinə götürür. Lakin borclu tərəf dövlətə borclu qalır və sonradan o borclar ödənilməlidir. Bir çox ölkələrdə “Aliment Fondu” yaradılıb. Hesab edirəm ki, fondun Azərbaycanda da yaradılması vacibdir”.
Məsuliyyətdən yayınmaq olmaz
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov bildirib ki, alimentlərin verilməsi ilə bağlı ciddi problemlər var: “Təəssüf ki, bu problemlər həm şəhərlərdə, həm də kəndlərdədir. Düşünürəm ki, “Aliment Fondu”nu yaratmaqla problemi həll edə bilərik. Məsələn, aliment yaradılacaq fond tərəfindən valideynə verilsin və aliment verməli olan şəxs tapılsın və ondan həmin məbləğ alınsın. Çünki valideyn aliment almaq üçün məhkəməyə müraciət zamanı vəkil də tutmalıdır. Bu isə valideyn tərəfindən əlavə xərclərin çəkilməsinə səbəb olur. Onun belə bir imkanı olsa idi, o heç aliment almaq üçün müraciət etməzdi”.
Deputat qeyd edib ki, Azərbaycan qanunlarına əsasən bu məsələdə ədalətli qərarlar çıxarılır, aliment ödəməkdən yayınan belə valideynlər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər: “Övlad dünyaya gətirən valideyn onun sağlam və sevgi ilə böyüməsi, maddi ehtiyaclarının qarşılanması, şəxsi inkişafı, təhsili, şəxsiyyət kimi cəmiyyətdə yer tutması üçün məsuliyyət daşıyır. Bu məsuliyyətdən yayınmaq olmaz. İnanıram ki, uğurlu və vacib nüanslara toxunaraq, layihənin gerçəkləşməsinə nail olmaq mümkündür”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43

