İntiharı doğuran səbəblər...
09.09.2023 [13:20]
İnsanlar niyə ölümü seçir?
Yeganə BAYRAMOVA
İntihar halları təəssüf ki, bütün dünyada erkən ölümlər arasında ilkin səbəblərdən biridir. Bu faciəvi qərara daha çox ümidsizliyə qapılan və ya psixi pozğunluqdan əziyyət çəkən şəxslər üz tutur. İntihar hallarının qarşısının alınması sağlam cəmiyyət üçün vacibdir. Bunun üçün müxtəlif maarifləndirmə işlərindən əlavə, fərd olaraq hər birimiz insanlara qarşı daha həssas və diqqətli olmalıyıq. İnsanların empatiya qurmaq və xeyirxahlığı, mühakimə etmədən dinləmək bacarığı bir insanın həyatını və gələcəyini xilas edə bilər.
Müasir iş və yaşam tərzi, eləcə də bir çox subyektiv amillər nəticəsində insan bir andaca öz həyatına son qoymağa qərar verir. Statistikaya görə, dünyada orta hesabla dəhşətli ölümlərin yarısı intihar hadisələrinin payına düşür.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2003-cü ildən bəri dünyada intihar haqqında məlumatlılığı artırmaq üçün 10 sentyabrı “Dünya İntiharın Qarşısının Alınması Günü” elan edib.
ÜST-ün məlumatlarına görə, dünyada hər il təxminən bir milyon insan intihar nəticəsində ölür. Bu da təxminən hər 40 saniyədə 1 ölümə bərabərdir. Təşkilat bildirib ki, intihar edən bir nəfər 135 nəfər üzərində şok təsir göstərir. Bu da il ərzində 108 milyon insana bərabərdir.
İntihar etmək istəyən biri ilə necə davranmaq lazımdır?
İngiltərədə intihara qarşı mübarizə aparan “Samaritans” təşkilatı intihar etməyə meyilli biri ilə danışarkən aşağıdakılara diqqət edilməsinin vacibliyini deyib:
- Danışacağınız şəxsin rahat edəcəyi səssiz bir yer seçin.
- İkinizin də danışmaq üçün lazımi qədər vaxtı olduğundan əmin olun.
- Yanlış bir şey desəniz, panikaya düşməyin, özünüzə çox yüklənməyin.
- Qarşınızdakı şəxsə fokuslanın, göz əlaqəsi qurun, telefonunuzu kənara qoyun və bütün diqqətinizi verin.
- Səbrli olun. Bir insanın öz dərdini sizə deməsi vaxt ala bilər.
- “Hə” və ya “yox” cavablarına ehtiyac duyan suallardan daha çox uzun cavab tələb edən suallar verin. Qarşı tərəfin sizi anladığını yoxlayın.
- Danışan adamın sözünü kəsməyin və ya bir çıxış yolu təklif etməyin. Digər insanın necə hiss etməsi ilə bağlı öz fikirlərinizi irəli sürməyin.
- Professional bir dəstək aldıqlarından əmin olun.
İntiharın ən çox və ən az olduğu ölkələr
İntihar hadisələrinin yayılmasında liderlik inkişaf etmiş ölkələrin payına düşür. Ən yüksək göstərici Cənubi Koreyada, ən aşağı göstərici isə Cənubi Afrika Respublikasında qeydə alınıb.
Cənubi Koreyada 25.4 faiz , Litvada 20.3, Sloveniyada 15.7, Yaponiyada 14.6, ABŞ-da 14.1, Avstraliyada 12.4, Kanadada 10.5, Almaniyada 9.7, Böyük Britaniyada 8.5, İspaniyada 7.5, Braziliyada 6.7, Meksikada 6.3, Kolumbiyada 5.9, İtaliyada 5.8, Türkiyədə 4.4, Cənubi Afrika Respublikasıda isə intihar edənlər 0.6 faiz təşkil edir.
Daha çox depressiyada olanlar...
Psixoloq Elnur Rüstəmov “Yeni Azərbaycan” a açıqlamasında intiharlara səbəb olan amilləri qeyd edib: “Hər il Ümumdünya Səhiyyə Təşkilatının hesabatları çıxır. O hesabatlarda psixoloji problemlərin miqyasının genişləndiyi qeyd olunur. Hətta öncə psixoloji pozuntu hesab olunan xəstəliklər zaman keçdikcə normaya çevrilir. Tutaq ki, illər öncə homoseksualizm psixoloji pozuntu kimi qəbul olunurdusa, bu gün onu psixoloji pozuntu siyahısından çıxarıblar. Bunun kimi digər xəstəliklər də sonradan normaya çevrilib. Nəzərə almaq lazımdır ki, bu psixoloji problemlər birbaşa insanın yaşam tərzinə təsir göstərir. İntihar edənlər daha çox depressiyada olan insanlardır. ÜST hesabatında göstərilir ki, depressiyanın törəmə problemlərindən biri də ümidsiz vəziyyətdə olan insanın intihara meyl etməsidir. Bundan başqa ailədaxili konfliktlər də intihara təsir edir”.
Canlı ünsiyyət vacibdir
Psixoloq intiharlara gətirib çıxaran bir səbəbin də insanların bir-birinə yadlaşması ilə əlaqədar olduğunu dedi: “İnsanlar canlı ünsiyyətdən qaçırlar. Bir-birlərinə özgələşirlər. Texnologiya inkişaf etdikcə insanlar arasında real ünsiyyət pozulmağa başlayır və həmin ünsiyyəti artıq texnika, texnologiya həyata keçirir. İnsanlar bir-birinə biganədir. Diqqət etsək görərik ki, psixoloqların cəmiyyətdə işi 20-ci əsrin sonlarından artmağa başladı. Yəni, texnologiya inkişaf etdikdən sonra. Əvvəllər insanlar ailələri ilə oturub ünsiyyət qurur, bir-birlərinin problemlərindən vaxtında xəbər tuturdular. Canlı ünsiyyətə daha çox üstünlük vermək lazımdır”.
İntiharlar cavanlaşıb...
E.Rüstəmovun sözlərinə görə, intihar bütün hallarda etiraz formalarından biridir: “Eyni zamanda şəxsin axtarmış olduğu çıxış yoludur. Nə qədər neqativ də olsa, bu, bizim cəmiyyətimizdə də baş verir. İntihara səbəb olan faktorlar çoxdur. İntihar riski yaşayanlar əsasən tənhalar, müəyyən zərərli vərdişlərə aludə olanlar, xroniki xəstəliyi və depressiyada olan insanlardır. Ancaq təəssüflər olsun ki, bu gün intiharın cavanlaşdığını görürük. Gənc insanlar, yeniyetmələr intihara meyl edirlər. Problemin kökünə varsaq, bunların əksəriyyəti ailədaxili münaqişələrdən qaynaqlanır”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

