Dərslər buna görə 6 günlük olacaq...
14.09.2023 [11:10]
STEAM layihəsi nədir?
Y.BAYRAMOVA
Ötən sayda xəbər verdiyimiz ki, yeni tədris ilinin başlamasına bir neçə gün qalmış bəzi məktəblərin 6 günlük rejimə keçəcəyi bildirilib. Bununla bağlı şagirdlərə müəyyən mesajlar da göndərilib. Pedaqoji Şuranın keçirdiyi iclasda qəbul edilən qərarla bəzi məktəblərdə dərslərin 6 günlük olacağı qeyd edilir. Baş verənlər isə şagirdlərin və valideynlərin müəyyən narazılıqlarına səbəb olub.
Məlumata görə, bəzi məktəblərin 6 günlük tədris sisteminə keçməsi STEAM metodunun tətbiqi ilə əlaqədardır. Belə ki, məktəb rəhbərliyi STEAM metodu üçün xüsusi dərs otaqlarından istifadə ediləcəyini əsas gətirərək otaqların sayının azalması səbəbindən 6 günlük dərs rejiminin tətbiq olunacağını bildirib.
STEAM təhsili nədir?
STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, əməkdaşlıq etmə və s. kimi 21-ci əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.
İnkişaf etmiş ölkələrdə STEAM təhsili
STEAM təhsili dünya təhsil sistemində keyfiyyətin yüksəldilməsi ilə bağlı bir çox ölkələrin diqqətini cəlb edir. Məsələn, ABŞ təhsil sistemində məktəbəqədər yaş qrupundan başlayaraq XI sinfə qədər bütün səviyyələrdə inteqrasiya olunmuş STEAM proqramı tətbiq olunur. Bundan əlavə, bəzi ölkələrdə (ABŞ, Sinqapur, İsrail, Türkiyə və s.) xüsusi STEAM məktəbləri, STEAM mərkəzləri yaradılıb.
Şagirdləri həyata hazırlayır...
STEAM təhsil metodu barədə “Yeni Azərbaycan”a danışan təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, bu təhsil şagirdlərə beş sahənin-elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Ekspert qeyd edib ki, elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir: “Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədir, real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM layihəsi şagirdlərin hansı peşəni seçmələrindən asılı olmayaraq həyata hazırlayır. Bu metod artıq 10 ildən çoxdur ki, dünyada təhsil trendinə çevrilib. Bir çox ölkələr STEAM-la bağlı yeni yanaşma və proqramlar tətbiq etməyə çalışırlar”.
STEAM sırf robotlarla iş deyil
Ekspertin sözlərinə görə, bəzi müəllimlər STEAM dedikdə yalnız robotexnikanı nəzərdə tutur. Lakin STEAM sırf robotlarla iş deyil, fənlərarası əlaqənin praktik şəkildə həyata keçirildiyini göstərən təhsil yanaşmasıdır: “Bu baxımdan Azərbaycanda peşəyönümlü mühəndislərin yetişdirilməsi, STEAM təhsilinə yer verilməsi və məktəblərimizdə laboratoriyaların açılması məqsədəuyğundur”.
Komanda şəklində iş
E.Əfəndi vurğulayıb ki, şagirdlərdə düşüncə və təfəkkürü daha da dərindən formalaşdırmaq layihənin əsas məqsədlərindən biridir: “Hədəflərdən biri də şagirdlərdə istehsal təfəkkürünün formalaşmasıdır. Yəni şagird qarşısındakı alətin necə hazırlandığını, hansı materiallardan istifadə olunduğunu düşünərək, sual verərək öyrənmək bacarığına malik olmalıdır. Şagirdlər birgə işlədiyi vaxt verilən alətlərlə prototiplər yarada bilir. Sonra onlar bunu konveyr üsulu ilə bazarda necə hazırlamaq lazım olduğunu düşünürlər.
Şagirdlərin komanda şəklində işləməsi də əsas prinsiplərdəndir. Çünki bu layihə əsaslı öyrənmədir. Məsələn, riyaziyyatı daha yaxşı bilən şagird istehsalın riyazi tərəflərini analiz edirsə, rəsm bacarığı olan digər şagird isə onun dizayn işini görür. Beləliklə, komanda şəklində görülən iş sayəsində mükəmməl nəticə ortaya çıxır. Bu, həm də fənlərarası inteqrasiyanı ön plana çıxarır”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30

