Tramvaylar yenidən gəlir…
23.12.2023 [11:10]
Tıxac problemi həll olunacaq?
Yeganə BAYRAMOVA
Bakıda tıxac probleminin həlli istiqamətində tramvay yollarının çəkilməsi çıxış yollarından biri kimi təklif olunub. Bu barədə zaman-zaman mətbuatda məlumatlar getsə də yekun qərar hələ ki açıqlanmayıb. Bir neçə gün öncə Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, Bakının baş planı artıq hazırdır və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub.
Qeyd edək ki, Bakı şəhərində tramvaylar, 1924-2004-cü illər arasında, yəni 80 il ərzində mövcud olub. Bu müddət ərzində Bakıda bir tramvay parkı, 6 marşurut xətti yaradılıb. 1941-ci ildən şəhərdə hətta troleybus xətləri də salınıb. 2004-cü ildə Bakıda tramvay xətlərinin uzunluğu 1524 km. olub.
Effektiv nəticələr ola bilər…
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sərnişinlərin vaxt itkisi ilə üzləşməməsi və yol infrastrukturundakı problemlərin azalması üçün tramvay xəttlərinin istifadəyə verilməsi doğru addım olacaq: “Sovet dövründə Bakıda çox yaxşı tramvay parkları var idi və tramvay xəttləri fəaliyyətdə idi. Düzdür, o vaxtı şəhər nəqliyyatında indiki qədər sıxlıq yox idi. Həmçinin maşınların sayı az idi. İstənilən halda tramvaylar çox faydalı nəqliyyat növü idi. Bakıda yenidən tramvay xətti çəkilərsə, müəyyən texniki problemlər yaranacaq. Belə ki, yollardan istifadənin dayanması və müxtəlif istiqamətlərdə təmir-tikinti işlərinin aparılması şəhər təsərrüfatında uzun zaman alan prosesdir. Lakin proses təxmini 2 il müddətində sürətlə aparılarsa, Bakının sərnişindaşıma sektorunda effektiv nəticə əldə oluna bilər. Birincisi, sərnişinlər maneəsiz və rahat şəkildə müvafiq yerlərə gediş-gəliş imkanı əldə edəcəklər. Eyni zamanda ölkədə dizel yanacağı ilə işləyən çox sayda avtobuslar var və bu, şəhəri ekoloji vəziyyətinə mənfi təsir göstərir. Tramvaylar isə ekoloji cəhətdən kifayət qədər əhəmiyyətli nəqliyyat növüdür. Əgər tramvay xətti inşa edilərsə, paytaxtda tıxac probleminin həllinə müsbət təsir edəcək”.
Tıxac probleminin köklü həlli üçün…
Ekspert bildirib ki, Bakının bir sıra küçə və prospektlərində günün istənilən saatında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Bu, artıq sakinlərin gündəlik qarşılaşdıqları problemdən çox, vərdiş etdiyi bir hal olub: “Bu gün Bakı şəhərində nəqliyyatda sərnişindaşıma ilə bağlı əsas yüklərdən biri taksi və marşrut sistemlərinin üzərinə düşür. Bundan başqa, ölkəyə gətirilən avtomobillərin tıxaclarda böyük payı var. Tıxac probleminin köklü həlli üçün bəzi alternativ variantlar irəli sürülməlidir. Çünki alternativ nəqliyyat sistemləri yoxdur. Halbuki sərnişindaşımanın bir mərkəzdən idarə olunması vacibdir. Naxçıvanda tətbiqi nəzərdə tutulan tramvay layihəsinin Bakıda da reallaşdırılması arzuolunandır. Bakıdan əlavə, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, hətta Şuşada və işğaldan azad edilən digər şəhərlərimizdə də tramvay xətlərini inşa etmək mümkündür”.
Ekoloji cəhətdən təmiz…
İ.Hüseynli qeyd edib ki, tramvaylar ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi hesab olunur: “Tramvaylar dünyanın inkişaf etmiş şəhərlərində, meqapolislərində geniş yayılmış ictimai nəqliyyat növüdür. Belə ki, havanı korlamır, iqtisadi cəhətdən də sərfəlidir. Bundan başqa, tramvayların hərəkəti üçün xüsusi xətlərdən istifadə olunur və nəticədə də digər ictimai nəqliyyatın yükü azalır. Tramvaylar indinin özündə də ən rahat və ən sərfəli sərnişin nəqliyyatı vasitəsi sayılır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

