İtaliyanın AGİ xəbər agentliyi Azərbaycan-İtaliya mədəni əlaqələrini təhlil edib
02.09.2014 [09:04]
İtaliyanın AGİ xəbər agentliyinin saytında Azərbaycan-İtaliya mədəni əlaqələrinin təhlil olunduğu məqalə yerləşdirilib.
Məqalədə qeyd olunur ki, cari ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində bir çox istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində münasibətlərin daha da genişləndirilməsi diqqət mərkəzində olub. Ölkələrimiz arasında qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də də mədəni əlaqələrin dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan-İtaliya mədəni əlaqələrinin həmişə yüksək səviyyədə olduğunu yazan müəllif diqqətə çatdırır ki, hər iki ölkədə qarşılıqlı şəkildə konsertlərin və sərgilərin təşkil edilməsi, müxtəlif mədəni tədbirlərin birgə keçirilməsi bunun bariz nümunəsidir. “Azərbaycan uzun müddətdir ki, İtaliyanın mədəni həyatına mühüm töhfələr verməkdədir. Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmiri, Müqəddəs Roma katakombalarının bərpası, Aleksandria ərazisində qazıntıların aparılmasına Azərbaycan tərəfindən maddi yardımın ayrılması bu töhfənin ən gözəl nümunələrindəndir”.
Yazıda, həmçinin cari il sentyabrın 12-də İtaliyanın Verona şəhərindəki simfonik musiqi konsertləri və opera tamaşaları ilə dünyada məşhur olan “Arena Di Verona” amfiteatrında Azərbaycan musiqisi konsertinin keçiriləcəyi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, konsertdə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə İtaliyanın tanınmış simfonik orkestri “Orchestra Italiana del Cinema” və “Qarabağ” muğam ansamblı, məşhur ifaçılar Mənsum İbrahimov, Aygün Bayramova və Azər Rzazadə Azərbaycan musiqisinin əvəzsiz nümunələrini təqdim edəcəklər. Müəllif Azərbaycanın muğam sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini oxucuların diqqətinə çatdıraraq bildirir ki, Veronada keçiriləcək bu konsert Azərbaycan və İtaliya arasında yaxın mədəni əlaqələrin parlaq nümunələrindən biri olacaq.
Məqalədə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun bu fikirlərinə də yer verilib: “Verona bütün dünyada məşhur olan bir şəhərdir. Musiqiçilərimizin burada keçirilən konsertdə iştirak etməsindən olduqca məmnunuq. Bu konsert bizim Verona sakinlərinə hədiyyəmizdir”.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50

