Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu
27.09.2024 [17:15]
Cari ilin sentyabr ayının 23-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası baş tutub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib və yeni seçilmiş Milli Məclis üzvləri qarşısında ölkəmizin gündəmini zəbt edən əsas siyasi-iqtisadi məsələlər haqqında çıxış edib.
Milli Məclisə builki seçkinin ümumi siyasi özəlliyini ifadə edən dövlətimizin başçısı vurğulamışdır ki, “builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”.
Azərbaycan Prezidenti çıxışında bir sıra vacib məqamlara toxunaraq İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin yenidən bərpa olunmasını xatırladıb, bunun yeni fürsətlər yaratdığına diqqət çəkib, gələcək fəaliyyətin hədəf və prioritetlərini açıqlayıb. Ölkə başçısı Paşinyan hakimiyyətinin üzdə ayrı, əməldə başqa olduğunu vurğulayaraq Fransa başda olmaqla Qərb ölkələrinin Ermənistanı silahlandırmasından söz açıb, İrəvandan yeni təxribatın hər an gözlənildiyini vurğulayıb.
Azərbaycan Prezidenti Ermənistanın əslində sülh istəmədiyini, vaxt uzatdığını və bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensialını gücləndirmək istədiyini bildirib.
Prezident İlham Əliyev, beynəlxalq müstəvidə ölkəmizə qarşı yönəlmiş müxtəlif təzyiq cəhdlərinə münasibətdə ölkəmizin əzmini və iradəsini bir daha ortaya qoyaraq, xarici aləmə tutarlı mesajlar verdi.
Prezident İlham Əliyevin düşünülmüş, qətiyyətli siyasəti, Azərbaycanın iqtisadi gücü, müasir ordusu, xalq-iqtidar birliyi tarixi Qələbəmizi təmin edən başlıca amillər oldu. Əsrlər boyu torpaq itkisinin ağrısı ilə yaşamış Azərbaycan xalqı bu ənənəyə son qoyaraq tarixinin daha bir şanlı qəhrəmanlıq salnaməsini yaratdı, qalib, əyilməz ruha malik xalq olduğunu bütün dünyaya sübut etdi.
Cənab Prezidentin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi və 2023-cü ilin antiterror tədbirləri suverenliyimizin tam bərpası, ölkəmiz qarşısında yeni imkanlar və üfüqlər açır. Artıq Azərbaycan beynəlxalq aləmə əzmkar çağırışlar ünvanlayır.
Müstəqil dövlət kimi Azərbaycan prezident və parlament seçkilərini beynəlxalq hüquqla tanınan bütün ərazisində demokratik qaydada keçirməklə həm də müasir müstəqil dövlət obrazını dünyaya təqdim etmişdir.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilaatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

