Strateji üstünlüklər əldə olundu
23.10.2024 [18:13]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Qubadlı rayonu 1993-cü il avqust ayının 31-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. 27 illik işğal dövründə erməni vandalları Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. Həmçinin işğalçılar zəbt etdikləri bütün digər bölgələrdə olduğu kimi, Qubadlının da təbii sərvətlərini qanunsuz istismara məruz qoyaraq daşıyıb aparıblar. Belə ki, rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı ermənilər tərəfindən qanunsuz istismar edilib, yeraltı sərvətlərimiz talan olunaraq xaricə daşınıb. Lakin Şanlı Azərbaycan Ordusu Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə 2020-ci ilin 27 sentyabr tarixində əks-hücum əməliyyatları kimi başladığı və sonradan Vətən müharibəsi kimi davam etdirdiyi II Qarabağ savaşında cəmi 44 günə əldə etdiyi tarixi Qələbə ilə bütün bu cinayətlərə birdəfəlik son qoydu.
Cənab Prezident Qubadlının azad edilməsinin birinci ildönümü münasibətilə, 2021-ci il oktyabrın 25-də rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüş zamanı xüsusi olaraq vurğulamışdı ki, bu tarix Qubadlı rayonu üçün ən əlamətdar və əhəmiyyətli bir gündür. Çünki 2020-ci ilin məhz 25 oktyabrında müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini erməni işğalından azad etmişdir. Həmçinin dövlətimizin başçısı Qubadlı əməliyyatının ümumiyyətlə Vətən müharibəsinin gedişində önəmli yer tutduğunu vurğulamış, məhz bu qələbədən sonra Laçın istiqamətində yolun açıldığını və növbəti bir neçə gün ərzində Azərbaycan Ordusu tərəfindən Laçının cənub hissəsində yerləşən kəndlərin düşməndən təmizləndiyini qeyd etmişdir. Bununla da Laçın dəhlizi nəzarətə götürüldü. Bu isə artıq müharibənin taleyinin həll olunması demək idi. Həqiqətən də, bundan bir neçə gün sonra, noyabr ayının 8-də Şuşa işğaldan azad olundu və iki gün sonra düşmən kapiyulyasiya aktını imzalamağa məcbur oldu. Ümumilikdə Azərbaycan Ordusu noyabrın 9-dək Qubadlı şəhərini və rayonun 41 kəndini azad etmişdir.
Bu gün azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi, Qubadlı rayonunda da intensiv quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyevin keçən ilin may ayında Qubadlıya növbəti səfəri çərçivəsində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.
Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası və yüksək dinamikası bu gün bütün dünyanı heyrətə gətirir.
Xəbər lenti
Hamısına baxİdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04

