BRICS-ə üzvlük Azərbaycana yeni imkanlar yaradacaq
30.10.2024 [15:47]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini günü-gündən möhkəmləndirməkdədir. Ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bu gün Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib.
Müstəqillik əldə edildikdən sonra ölkəmiz bir çox Beynəlxalq qurumlara üzv olmaqla yanaşı, həm də bu cür mühüm əhəmiyyət kəsb edən tədbirlərə ev sahibliyi edibdir. Məhz Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Bu hərəkata uğurlu sədrlik təcrübəsi bu gün Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Bu nümunə deməyə əsas verir ki, Azərbaycan BRICS müstəvisində də fəal əməkdaşlıq həyata keçirəcək.
Bunun bariz nümunəsi olaraq, məhz cari ilin oktyabr ayının 24-də Prezident İlham Əliyevin Kazan şəhərində XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasında çıxışı onun illərlə apardığı dövlət siyasətinin növbəti dəfə bəyanı kimi əlamətdar göstəricisidir. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu plenar iclasda da korrekt və dəqiqdir. Dövləti maraq və hədəflərinin istiqamətini açıq şəkildə sərgiləyir.
Cənab Prezident çıxışı zamanı mühüm məqamlara toxunub.Dövlət başçısı Azərbaycanın sahib olduğu imkanların onunla əməkdaşlıq quran ölkələrə, təşkilatlara təqdim etdiyi fürsətləri xüsusi qeyd edib. Onun sözlərinə görə, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib: “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.
Prezidentin çıxışından da göründüyü kimi, istər BRICS üzvləri, istərsə də digər dövlətlərin dünya bazarlarına çıxış imkanlarını genişləndirməsi, beynəlxalq kataklizmlər fonunda təhlükəsiz tranzit imkanları əldə etməsində Azərbaycanın mühüm rolu və hazır infrastrukturu mövcuddur
Beləliklə, BRICS-ə qoşulmaq Azərbaycana böyük siyasi və ya iqtisadi güzəştlərə getmədən beynəlxalq arenada mövqelərini möhkəmləndirmək imkanı verəcək. Bu, həm də Bakıya Avropa İttifaqı və ABŞ ilə əlaqələri saxlamaqla Rusiya, Çin və İranla münasibətlərini gücləndirməyə şərait yaradacaq. Bakı qlobal dəyişikliklər və çağırışlar qarşısında BRICS ölkələri ilə iqtisadi əlaqələrini gücləndirmək, davamlı inkişafını və təhlükəsizliyini təmin etməklə yeni imkanlara çıxış əldə edəcək.
Biz inanırıq ki, Azərbaycanın BRICS-ə qoşulması ölkə iqtisadiyyatına əhəmiyyətli üstünlüklər gətirəcəkdir. Təşkilata üzvlüyün əsas aspektlərindən biri Azərbaycan malları üçün satış bazarlarının genişləndirilməsi imkanıdır.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

