/ / Əli Əhmədov: Növbəti seçkilərdə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir
Əli Əhmədov: Növbəti seçkilərdə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir
19.07.2013 [10:02]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın Mingəçevir təşkilatının fəalları ilə görüş keçirib.
Şəhər təşkilatının sədri Cavanşir Yusubov partiya fəllarının qarşıdan gələn prezident seçkilərinə ciddi şəkildə hazırlaşdıqlarını və bu istiqamətdə YAP İcra Katibliyinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərdiklərini qeyd edib.
Görüşdə çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov prezident seçkiləri ilə əlaqədar partiya fəallarının üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib. Əli Əhmədov qeyd edib ki, nəinki partiyamızın üzvləri, bütövlükdə Azərbaycan xalqı cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir. Çünki bunun üçün ciddi əsaslar mövcuddur.
İcra katibi deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib. Bütün vətəndaşların ölkəmizin inkişafının canlı şahidləri olduğunu deyən Əli Əhmədov qeyd edib ki, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın sürətli inkişafı, Azərbaycanın modernləşmə xəttinin uğurla həyata keçirilməsi, ölkəmizin simasının dəyişdirilməsi, mənəvi sahədə olan yüksəlişlər, dövlətimizin dünya birliyində mövqeyinin möhkəmlənməsi, regionda lider dövlətə çevrilməsi və digər amillərin hamısı kompleks şəkildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləridir. “Beləliklə də, əzəmətli və möhtəşəm inkişaf mənzərəsi gözümüzün qarşısında canlanır. 2013-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycanın ictimai-siyasi, iqtisadi, mənəvi həyatının başlıca mənzərəsi bu göstəricilərdən ibarətdir. Təbii ki, bu, Azərbaycanın inkişafının davamlı olmasından xəbər verir. Yüksək inkişaf və bu inkişafın etibarlı zəmin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edəcəyi inamı Azərbaycanın hər bir vətəndaşında formalaşıb. Bu ümumi mənzərə seçkilər dövründə Azərbaycan vətəndaşlarının əhval-ruhiyəsini müəyyənləşdirib. Bu mənada növbəti seçkilərdə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir. İnsanlar indiyədək qazanılan uğurlarla yanaşı, qarşıdakı illərdə də nailiyyətlərin davam etməsini arzulayır və bunu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə görürlər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası olaraq bizim üzərimizə çox ciddi və məsuliyyətli vəzifələr düşür. Onun sözlərinə görə, xüsusilə YAP-ın şəhər və rayon təşkilatlarının fəallarında da bu məsuliyyətdə payı var.
YAP Sədrinin müavini qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar görüləcək işlər və partiya fəallarının vəzifələri ilə bağlı müvafiq tövsiyələr verib.
Tədbirdə partiya veteranı Ramiz Kərimov və gənc fəal Ceyhun Atayev çıxış ediblər.
Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqələri təqdim olunub.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

