Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf edir.
22.04.2025 [11:34]
Nofəl Atakişiyev,
YAP İmişli rayon təşkilatının məsləhətçisi
Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri iki qonşu və dost ölkə arasında dərin tarixi köklərə və strateji maraqlara əsaslanan münasibətlərin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentlər İlham Əliyev və Mixeil Kavelaşvili tərəfindən verilən birgə bəyanatlar qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin möhkəm və çoxşaxəli olduğunu bir daha nümayiş etdirir.
İki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətlərində enerji və nəqliyyat sahələrində yaxın əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, eləcə də Cənub Qaz Dəhlizi layihəsi həm də Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətə malikdir. Bu layihələr Avrasiya regionunun enerji xəritəsini yenidən formalaşdırmaqla Cənubi Qafqazı mühüm enerji dəhlizinə çevirib.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni limanların və dəmir yollarının tikintisi Orta Dəhliz təşəbbüsünün reallaşmasında əsas həlqələrdən biridir. Hazırda Azərbaycan və Gürcüstan ərazisindən keçən yük daşımalarının həcmi ildən-ilə artır və bu artım dinamikası regionun logistika potensialını artırmaqla yanaşı, qitələrarası ticarətin dayanıqlığını təmin edir.
Azərbaycan və Gürcüstan arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli münasibətlərin əsas dayağı kimi çıxış edir. Dövlət başçılarının müntəzəm təmasları, birgə komissiyalar və müxtəlif əməkdaşlıq mexanizmləri siyasi əlaqələrin davamlı inkişafına təkan verir.
Azərbaycan və Gürcüstan regionda sabitliyin və davamlı inkişafın təmin edilməsində eyni mövqedən çıxış edirlər. Hər iki dövlət hesab edir ki, Cənubi Qafqaz sabitlik və əməkdaşlıq məkanına çevrilməlidir. Prezident İlham Əliyev bu məsələ barədə bildirib ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Dövlət başçısı bundan sonra Cənubi Qafqazın qara səhifələrinin bağlanacağını və tarixdə qalacağına ümid etdiyini bildirib.
İki ölkə münasibətləri qarşılıqlı inam, tarixi dostluq və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq nümunəsidir. Bu əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də regional və qlobal əhəmiyyət daşıyan təşəbbüslərlə zəngindir. Mövcud əməkdaşlıq formatları və qarşılıqlı siyasi iradə bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyini göstərir. Strateji layihələrin uğurla davam etdirilməsi, yeni sahələr üzrə əməkdaşlığın genişləndirilməsi və regionda sülhün bərqərar olunması istiqamətində birgə səylər bu münasibətləri gələcək nəsillər üçün daha da dəyərli edəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15

