Jurnalistlərin sosial müdafiəsi üçün görülən işlərin davamlılığı təmin edilib
22.07.2025 [14:36]
Toğrul Zeynalov,
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycanda informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi media islahatlarının əsas prioritetlərindəndir. Son illərdə bu sahədə atılan mühüm addımlar medianın inkişafı, onun dayanıqlığının təmin olunması və peşəkar jurnalistikanın formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Medianın iqtisadi cəhətdən müstəqil fəaliyyət göstərə bilməsi üçün dövlət tərəfindən çoxşaxəli dəstək mexanizmləri formalaşdırılmış, xüsusilə Medianın İnkişafı Agentliyinin yaradılması bu istiqamətdə yeni mərhələnin başlanğıcı olmuşdur. Agentlik vasitəsilə media subyektlərinə göstərilən maliyyə yardımları, texniki təchizatın gücləndirilməsi, innovativ layihələrin dəstəklənməsi, rəqəmsal transformasiyanın təşviqi və jurnalistlərin peşəkarlığının artırılması üçün keçirilən təlim proqramları informasiya resurslarının iqtisadi sabitliyinə mühüm töhfə verir.
Bununla yanaşı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də sistemli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə çoxsaylı jurnalistlər mənzillə təmin olunmuş, media nümayəndələrinin yaşayış və iş şəraitinin yaxşılaşdırılması məqsədilə müasir infrastruktur qurulmuşdur. Bu addımlar, yalnız jurnalistlərin sosial rifahını artırmaqla kifayətlənmir, eyni zamanda onların peşəkar fəaliyyətlərini daha azad və məsuliyyətli şəkildə həyata keçirmələrinə şərait yaradır. Dövlət səviyyəsində jurnalistlərin hüquqlarının qorunması, etik prinsiplərə əməl edilməsinin təşviqi və peşəkar medianın formalaşdırılması üçün mühüm hüquqi və təşkilati islahatlar həyata keçirilmişdir. Bütün bu tədbirlər nəticəsində Azərbaycan mediası tədricən daha müstəqil, daha çevik və rəqabətqabiliyyətli informasiya mühiti formalaşdırmaqdadır.
Prezident İlham Əliyev Şuşada keçirilən Qlobal Media Forumunda bu məsələyə toxunaraq bildirmişdir: “Biz informasiya resurslarının iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl siyasət həyata keçiririk. Media azad və müstəqil olmalıdır ki, cəmiyyətin maraqlarını düzgün şəkildə ifadə edə bilsin.” Bu fikirlər Azərbaycanın informasiya siyasətinin əsas məzmununu və dövlətin medianın inkişafına verdiyi önəmi açıq şəkildə ifadə edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

