Elm aparıcı qüvvədir, onu millətin rifahına yönəltmək lazımdır
05.11.2025 [16:52]
Cari ilin noyabr ayının 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etmişdir.
Dövlət başçısının çıxışı həm ölkə elminin tarixi inkişaf yoluna nəzər salmaq, həm də gələcək istiqamətləri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Möhtərəm Prezident çıxışında qeyd etmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində ölkənin elmi və intellektual potensialının formalaşmasında mühüm rol oynayıb. Həm sovet dövründə, həm də müstəqillik illərində Akademiya elmi kadrların yetişdirilməsi, fundamental və tətbiqi tədqiqatların aparılması, milli maraqlara xidmət edən elmi istiqamətlərin inkişafı sahəsində böyük nailiyyətlər qazanıb. Ölkə başcısı vurğulayıb ki, bu gün Akademiya müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməli, elmi nailiyyətlərini ölkənin sosial-iqtisadi inkişafına yönəltməlidir.
Cənab Prezident çıxışında son illərdə elm sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğının əhəmiyyətini də xüsusi vurğuladı. O bildirdi ki, son on ildə elmə ayrılan vəsait iki dəfədən çox artıb, elmi müəssisələrin infrastrukturunun yenilənməsi, laboratoriyaların müasir avadanlıqlarla təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlətimizin Rəhbəri qeyd etdi ki, bu islahatların məqsədi Azərbaycan elmini beynəlxalq səviyyədə rəqabətqabiliyyətli etmək, gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və elmi nəticələrin praktik tətbiqini genişləndirməkdir.
Dövlət başçısı süni intellekt, rəqəmsal texnologiyalar və innovasiyalar sahəsində aparılan işlərə xüsusi diqqət yetirdi. O bildirdi ki, müasir dünyada ölkələrin inkişafı bilik və texnologiyalara əsaslanır, buna görə də Azərbaycan elmi bu istiqamətdə daha fəal olmalıdır. Cənab Prezident alimlərə çağırış edərək qeyd etdi ki, tədqiqatlar real iqtisadi və sosial problemlərin həllinə yönəldilməli, elmi nəticələr istehsalat, kənd təsərrüfatı, enerji və təhlükəsizlik sahələrində tətbiq edilməlidir.
Möhtərəm Prezident İlham Əliyev çıxışının sonunda vurğuladı ki, təbii resurslar ölkə üçün vacib olsa da, əsas dayanıqlı inkişaf mənbəyi insan kapitalı və elmdir. Elmə qoyulan sərmayə gələcəyin təminatıdır. Prezident əminliklə bildirdi ki, Azərbaycan alimləri bundan sonra da ölkənin inkişafına, elmin tərəqqisinə və xalqın rifahına öz töhfələrini verəcəklər.
Bu çıxış bir daha göstərdi ki, dövlət səviyyəsində elmə verilən dəyər Azərbaycanın gələcək strateji inkişaf kursunun əsas istiqamətlərindən biridir. Elm, texnologiya və innovasiya ölkənin modernləşməsində aparıcı qüvvə kimi dəyərləndirilir. Prezident İlham Əliyevin sözləri ilə desək, “elm aparıcı qüvvədir və onu millətin rifahına yönəltmək hər birimizin borcudur.”
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46

