Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
19.11.2025 [22:31]
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan 44 günlük Şanlı Vətən müharibəsində bütün gücünü və milli birliyini dünyaya göstərdi. 44 günlük Vətən Müharibəsi şanlı Zəfər tariximizdir və bu Zəfəri xalqımıza bəxş edən isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazan şanlı Azərbaycan Ordusudur.
Azərbaycan ordusunun əks hücum əməliyyatları nəticəsində bütün hərbi birlikləri iflic vəziyyətinə gətirilmiş Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdi və belə bir rüsvayçı məğlubiyyətdən qurtulmağın tək yolunu kapitulyasiya aktına imza atmaqda gördü. Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistanın hərbi-siyasi rəhbərliyi ordumuzun qüdrəti qarşısında diz çokdü.
Döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olan Ermənistanın imzaladığı kapituliyasiya aktına əsasən Azərbaycan noyabrın 20-də Ağdam rayonu Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi uğurun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.
2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
Bu gün Prezident cənab İlham Əliyevin müvafiq göstəriş və tapşırıqları əsasında digər işğaldan azad olunmuş ərazilərimiz kimi Ağdam rayonunda da quruculuq-tikinti işləri uğurla davam etdirilməkdədir. Bu da onu söyləməyə əsas verir ki, çox qısa müddət ərzində Böyük Qayıdış Dövlət Proqramı işğaldan azad olunmuş Ağdam rayonunda da icra olunacaqdır və ağdamlılar o günü səbirsizliklə gözləyirlər.
Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Bu gün dövlətimizin əsas prioritet məsələlərindən biri Vətən müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı sahələrinin inkişaf etdirliməsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncam və tapşırıqlarına əsasən bu gün işğaldan azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işləri uğurla davam etdirilir.
Prezident cənab İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki zəfər sevinci kimi bizlərə növbəti qələbə müjdəsini yaşatdı. Bu tarixi müraciət bir daha xalqımızın qələbə əzminin, sücayətinin dünyaya nümayiş simvoluna çevrildi və Azərbaycanın suverenliyi tam bəpa olundu.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməyən, suveren ərazilərimizdə saxta seçkilər keçirən, həmçinin terrorçu dəstələr yaradan erməni separatçıları gec-tez öz layiqli cəzalarını almalı idi və bu belədə oldu.
19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı. Bu Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi zəfər səlnaməsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün addımları legitimdir, hüquqidir, ədalətlidir və Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu gün ölkəmizin həyata keçirdiyi balanslaşdırılmış siyasət kursuda regionda sülhün və təhlükəsizliyin əsas qarantına çevrilmişdir. Artıq dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

