/ / FHN-nin Qaradağ rayonunda yerləşən N saylı hərbi hissəsində Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
FHN-nin Qaradağ rayonunda yerləşən N saylı hərbi hissəsində Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2025 [12:08]
2025-ci il dekabrın 11-də Fövqəladə Hallar Nazirliyinin Bakının Qaradağ rayonunda yerləşən N saylı hərbi hissəsində Ulu öndər Heydər Əliyevin xatirəsinin anılması ilə əlaqədar keçirilən tədbirdə YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, hərbi hissənin rəhbərliyi, zabit və əsgərləri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin hərbi hissənin həyətindəki abidəsi ziyarət olunub, önünə gül dəsətələri düzülərək Ulu öndərin xatirəsi ehtiramla anılıb.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan hərbi hissənin komandiri, polkovnik-leytenant Cəsur Cəfərov müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu olan Heydər Əliyevin müstəqilliyimizin formalaşmasında, ölkədə ictimai-siyasi sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında böyük nüfuz qazanmasında müstəsna xidmətlər göstərdiyini qeyd edib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı adlandırıb.
Daha sonra YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu öndər Heydər Əliyev haqqında öz xatirələrini bölüşərək onun Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətlər barədə geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun ən layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 50 ildən çox davam edən dövr yalnız bu tarixi şəxsiyyətlərin deyil, bütöv bir ölkənin və xalqın tarixidir. Ona görə də bu şərəfli tarixin hər anı diqqətlə öyrənilməli və bu haqda tarixi elmi əsərlər yazılmalıdır. Məhz bu siyasi xəttin Prezident İlham Əliyevin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu uğurların əsasını qoyan Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Hərbi hissənin komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Ələsgər Sadiqov Ulu öndərin keçdiyi həyat yolunun mərhələləri və dövlətçilik fəaliyyəti ilə bağlı çıxış edərək onun Azərbaycan tarixində və xalqımızın xatirəsində əbədi yaşayacağını bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12

