Azərbaycanın çoxvektorlu xarici siyasəti regional sabitliyin təminatında başlıca amildir
12.12.2025 [15:37]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
8 dekabr tarixində Slovakiyaya səfər çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Səfər zamanı səsləndirilən fikirlər Azərbaycan və Slovakiyanın qarşılıqlı etimada əsaslanan əlaqələrinin strateji tərəfdaşlıq kontekstində genişləndiyini aydın şəkildə göstərir. Bu dost dövlətlər həm də regional və qlobal proseslərə öz töhfəsini verir, oxşar dəyərləri və maraqları bölüşür.
Strateji tərəfdaşlığın möhkəmlənməsinə səbəb olan əsas amillərdən biri enerji sahəsində formalaşan yeni reallıqdır. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya nəql edilib və bu ölkənin ehtiyac duyduğu həcmdə enerji resurslarını təmin etmək üçün bütün texniki və resurs imkanları mövcuddur. Hazırda təbii qaz ixracının ümumi həcmi 25 milyard kubmetrə çatıb və bu ixracın təxminən yarısı Avropa ölkələrinə yönəlir. Azərbaycan qazını alan ölkələrin sayı 14-ə yüksəlib ki, bu da Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artdığını göstərir. Yeni yataqların işlənməsi ilə hasilatın artırılması və ixrac imkanlarının genişlənməsi qarşıdakı illərdə Slovakiya da daxil olmaqla Mərkəzi Avropa məkanında enerji təminatının daha etibarlı şəkildə həyata keçirilməsinə zəmin yaradır. Beləliklə, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq təkcə iqtisadi münasibət deyil, həm də Avropanın enerji şaxələndirmə strategiyasının mühüm tərkib hissəsinə çevrilir.
Dövlətimizin başçısının mətbuata bəyanatda vurğulanan sahələrdən biri müdafiə sənayesi əməkdaşlığı olmuşdur. Bu əməkdaşlığın mahiyyəti hərbi fəaliyyətə deyil, sənaye istehsalının inkişafı, yeni texnologiyaların tətbiqi, ortaq müəssisələrin yaradılması və dünya bazarları üçün rəqabətqabiliyyətli məhsulların istehsalı kimi məqsədlərə əsaslanır. Ölkəmiz müharibə aparmaq niyyətində deyil, müdafiə sənayesi sahəsində əməkdaşlıq daha çox innovativ yanaşmalar, istehsal potensialının artırılması və texnoloji sinergiyanın formalaşması məqsədi daşıyır. Slovakiya texnologiyalarının və sənaye təcrübəsinin Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi hər iki ölkə üçün yeni sənaye platforması yaradır və bu istiqamətdə konkret layihələrin icrası artıq davam edir. Slovakiyanın 8 noyabr - Zəfər Gününə həsr olunmuş hərbi paradda yüksək səviyyədə təmsil olunması isə iki ölkənin siyasi həmrəyliyinin bariz göstəricisi olub.
Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq da səfər çərçivəsində xüsusi əhəmiyyət kəsb edən mövzular sırasında yer almışdır. Uzun illər ərzində Şərq ilə Qərb arasında yaradılmış nəqliyyat infrastrukturu bu gün ölkəmizin Avrasiyanın mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilməsinə imkan yaratmışdır. Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, ölkəmiz Orta Dəhliz layihəsində fəal iştirak edir və bu dəhlizin ən etibarlı və təhlükəsiz hissəsi məhz ölkəmizin ərazisindən keçir. Asiya ilə Avropanı birləşdirən nəqliyyat marşrutlarının genişləndirilməsi üçün artıq yeni layihələr planlaşdırılır və növbəti illərdə bu sahəyə əlavə investisiyalar yatırılacaqdır. Slovakiya öz coğrafi mövqeyi və tranzit potensialı ilə Şərq–Qərb xəttinin vacib aktoruna çevrilə bilər və bu əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrini daha da gücləndirə bilər.
Səfər zamanı diqqət çəkən digər strateji istiqamət yüksək texnologiyalar və data mərkəzləri sahəsində əməkdaşlıq olmuşdur. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizdə istifadə olunmayan enerji potensialının həcmi 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu rəqəm 8 giqavata çatdırılacaq. Bu enerji potensialı, eləcə də bəzi bölgələrdə havaların soyuq keçməsi böyük həcmli data mərkəzlərinin yaradılması üçün əlverişli şərait yaradır. Süni intellekt, bulud texnologiyaları və rəqəmsal infrastruktur sahələrində artan qlobal tələbat fonunda bu imkanlar ölkəmizin regional data habına çevrilməsi ehtimalını daha da gücləndirir. Slovakiya şirkətləri ilə bu istiqamətdə əməkdaşlıq həm yüksək texnologiyalar üzrə bilik mübadiləsi, həm də Avropa ilə Qafqaz arasında rəqəmsal əməkdaşlığın yeni mərhələsinin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
İkitərəfli münasibətlərin indiki səviyyəyə çatması uzunmüddətli diplomatik təcrübənin nəticəsidir. Hazırda hər iki ölkədə səfirliklər fəaliyyət göstərir və əməkdaşlığın institusional bazasını 13 rəsmi sənəd təşkil edir. 2021-ci ildə imzalanmış iqtisadi əməkdaşlıq haqqında sazişə əsasən Birgə İşçi Qrupu yaradılmış və iki ölkə arasında iqtisadi proseslərin koordinasiyasında mühüm rol oynamağa başlamışdır. Bu instansiyalar siyasi dialoqu, iqtisadi əməkdaşlığı və humanitar sahədə əlaqələri sistemli şəkildə inkişaf etdirməyə imkan verir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Slovakiya səfəri iki ölkə arasında enerji, müdafiə sənayesi, nəqliyyat, yüksək texnologiyalar və iqtisadiyyat sahələrində qarşıdakı illərdə əməkdaşlığın daha da genişlənəcəyini deməyə əsas verir. Bu münasibətlər Mərkəzi Avropa ilə Qafqaz arasında yeni siyasi və iqtisadi dinamikanın formalaşmasına töhfə verir və iki ölkənin regional təşəbbüslərdə rolunu artırır.
Xəbər lenti
Hamısına baxGündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12

