Avropanın etibarlı enerji tərəfdaşı
13.03.2026 [11:45]
Avropa İttifaqı ölkəmiz üçün bir nömrəli ticari tərəfdaşdır. Ticarət dövriyyəsinin dah da artırılması əsas planlardan biridir. Təbii ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub. Xüsusən də bu 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədin Avropa Komissiyası ilə imzalanmasından sonra müşahidə olunur. Həmin vaxtdan etibarən həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracı artmışdır. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə rəsmi səfəri zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev Avropa İttifaqı ilə əlaqələrdən bəhs edərkən bildrdi ki, bu gün İttifaqın 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkədir. Ümumiyyətlə, Azərbaycanın bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığı rol artır.
Mətbuata bəyanatında Prezident İlham Əliyev bu yaxınlarda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısına da diqqət çəkərək bildirdi ki, ölkəmiz bu il qaz hasilatını artırmağı planlaşdırır. Ölkəmiz qazı yeni yataqda hasil etməyə başlayacaq və növbəti iki-üç il ərzində bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qaz əldə ediləcək.
Ölkə başçısı bəyanatında Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın digər istiqamətinin bərpaolunan enerji ilə bağlı olduğunu vurğuladı. Aydındır ki, Azərbaycanda bərpaolunan enerjinin böyük potensialı var. Hazırda ölkəmiz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırır. Növbəti beş və ya altı il ərzində 6-8 giqavatlıq bərpaolunan enerjinin ixracı planlaşdırılır. Eyni zamanda, ölkəmiz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində işlər həyata keçirir.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə rəsmi səfəri zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin paraflanması nəticəsində yaranmış imkanlara da diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, artıq daşımalar ikitərəfli gündəliyin mühüm hissəsidir. Həmçinin Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, təbii ki, nikbinliyi artırır. Prezident xüsusilə bildirdi ki, Azərbaycanın müstəqilliyi 1991-ci ildə bərpa olunsa da ölkəmiz və xalqımız cəmi yeddi aydır ki, sülh şəraitində yaşayır. Ermənistanla sülhün daimi olacağına ümidvar olduğunu bildirən Prezident İlham Əliyev iki ölkə arasında artıq ticarət əlaqələrinin başladığını qeyd etdi. Bundan əlavə digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu isə bir daha Azərbaycan dövlətinin sülhpərvər mövqeyini, eləcə də Prezident İlham Əliyevin güclü siyasi iradəsinin göstəricisi kimi qiymətləndirilməlidir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

