YAP Sədrinin müavini ilə Belarusun ölkəmizdəki səfiri arasında görüş keçirilib
13.03.2026 [12:50]
Martın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç arasında görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Belarusun bir-birinin maraqlarına hörmət edən dost və tərəfdaş ölkə olduqları, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu qeyd edilib. Siyasi, iqtisadi, ticari, turizm, səhiyyə, elm, təhsil, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin dövlət başçıları - Prezident İlham Əliyev ilə Prezident Aleksandr Lukaşenkonun diqqət mərkəzində olduğu vurğulanaraq iki ölkənin qlobal müstəvidə bir-birinin mənafelərinin qorunmasına böyük əhəmiyyət verdikləri bildirilib. Beynəlxalq platformalarda qarşılıqlı dəstəyin müştərək strateji hədəflərin reallaşdırılması baxımından önəmi qeyd olunub.
Görüş zamanı Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri də müzakirə olunub. 2025-ci ilin may ayında YAP nümayəndə heyətinin “Belaya Rus” Partiyasının təşkilatçılığı ilə Minskdə keçirilən beynəlxalq partiyalararası konfransda, “Belaya Rus” Partiyası nümayəndələrinin isə YAP-ın təşkilatçılığı ilə ötən il Şuşada keçirilən beynəlxalq konfransda iştirakı məmnunluqla vurğulanıb. Ölkələrimizin səmimi dostluq münasibətlərinin hakim partiyalar arasında əlaqələrin inkişafına əlverişli zəmin yaratdığı qeyd olunaraq gənclər arasında da təmasların sıxlaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin də müzakirə olunduğu görüşdə səfir cari ilin may ayında “Belaya Rus” Partiyasının təşkilatçılığı ilə Brest şəhərində keçiriləcək “XXI əsrdə çoxqütblülük və müxtəliflik şəraitində dövlət suverenliyi və beynəlxalq münasibətlərin prinsipləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün YAP nümayəndə heyətini ölkəsinə səfərə dəvət edib.
Xəbər lenti
Hamısına baxDünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31

