Azərbaycan və Gürcüstan arasında əlaqələr yüksək səviyyəli əməkdaşlıq mərhələsinə çatıb
08.04.2026 [16:08]
Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanla Gürcüstan arasında münasibətlər tarix boyu qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulub. Bu əlaqələr yalnız siyasi sahə ilə məhdudlaşmır, eyni zamanda müxtəlif istiqamətlər üzrə davamlı şəkildə genişlənir və məzmun baxımından daha da zənginləşir. Dövlət rəhbərlərinin qarşılıqlı səfərləri isə bu əməkdaşlığın möhkəmliyini və davamlılığını aydın şəkildə nümayiş etdirir.
2026-cı il aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana etdiyi rəsmi səfər, regionda müəyyən gərginliklərin yaşandığı bir dövrdə, iki ölkə arasındakı münasibətlərin sabitliyinə və inkişafına verilən önəmin bariz göstəricisidir. Dövlət başçısı mətbuata açıqlamasında Gürcüstana etdiyi səfərləri daim yüksək dəyərləndirdiyini, bu səfərlərin onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, həmçinin bildirib ki, keçirilən görüşlər bir daha sübut edir ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin yanında olub və bu həmrəylik bundan sonra da davam edəcək.
Prezident qeyd edib ki, iki xalq arasında formalaşmış dərin tarixi bağlar dövlətlərarası münasibətlər üçün etibarlı təməl rolunu oynayır. Əsrlər boyu azərbaycanlılar və gürcülər dostluq və qarşılıqlı anlayış şəraitində yaşayıblar və bu ənənə bu gün də qorunub saxlanılır. Hər iki ölkə müstəqil dövlət kimi uğurla inkişaf edir və bu inkişaf qarşılıqlı əməkdaşlıq fonunda daha da güclənir. Dövlət başçısı çıxışında eyni zamanda Gürcüstanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, ölkə rəhbərliyini və hökumətini bu münasibətlə təbrik edib.
Hər iki ölkənin tarixində müstəqilliyə qarşı yönəlmiş ağır sınaqların olduğunu xatırladan dövlət başçısı qeyd edib ki, 1989-cu ilin aprelində Tbilisidə, 1990-cı ilin yanvarında isə Bakıda baş verən faciəli hadisələr xalqların iradəsini sarsıda bilməyib. Əksinə, bu hadisələr həm Azərbaycan, həm də gürcü xalqının azadlıq uğrunda mübarizə əzmini daha da gücləndirib. Bu gün isə regionda formalaşan yeni reallıqlar milli maraqlar üzərində qurulub və hər iki dövlət öz müstəqilliyini və suverenliyini qətiyyətlə qoruyur.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, Azərbaycan–Gürcüstan münasibətləri digər ölkələr üçün də nümunə ola bilər. O vurğulayıb ki, Cənubi Qafqaz regionunda yeni bir mərhələ formalaşır və bu imkanlardan səmərəli istifadə etmək vacibdir. Dünyanın müxtəlif bölgələrində sülh və sabitliyin pozulduğunu, münaqişə və itkilərin davam etdiyini qeyd edən dövlət başçısı əlavə edib ki, Cənubi Qafqaz da bir zamanlar oxşar çətinliklər yaşasa da, hazırda region tədricən sabitlik, əməkdaşlıq və təhlükəsizlik məkanına çevrilir. Bu prosesdə Gürcüstanın rolunu da xüsusi olaraq qeyd edib.
Səfərin nəticələrinə toxunan Prezident qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq gündəliyi olduqca genişdir və getdikcə daha da zənginləşir. Yeni təşəbbüslər və layihələr ortaya çıxır və tərəflər birgə səylərlə onların həyata keçirilməsinə nail olurlar. Bu uğurların əsasını isə qarşılıqlı etimad, hörmət, ortaq maraqlar və dostluq münasibətləri təşkil edir. Dövlət başçısı əminliklə bildirib ki, bu strateji xətt gələcəkdə də uğurla davam etdiriləcək.
Azərbaycan və Gürcüstan arasında əlaqələr yüksələn xətlə inkişaf edir və qarşılıqlı hörmət prinsipləri üzərində möhkəmlənərək tarixə əlamətdar hadisə kimi düşür.
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

