Qubadlı: Tarixi Zəfərdən Böyük Qayıdışa
21.10.2026 [14:07]
“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Qubadlı rayonu Azərbaycanın zəngin tarixi, mədəniyyəti və təbii sərvətləri ilə seçilən bölgələrindən biridir. İşğaldan əvvəl rayonun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tuturdu. Ərazidə taxılçılıq, üzümçülük, tütünçülük, bostan məhsullarının becərilməsi geniş yayılmış, heyvandarlıq inkişaf etmişdi. Bərəkətli torpaqları, əlverişli təbii şəraiti və zəhmətkeş insanları ilə seçilən Qubadlı bölgənin sosial-iqtisadi həyatında mühüm rol oynayırdı. Lakin Ermənistanın hərbi təcavüzü nəticəsində 1993-cü il avqustun 31-də Qubadlı rayonu işğal edildi. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdıldı, təsərrüfat infrastrukturu məhv edildi, əhali doğma yurd-yuvasından didərgin düşdü. Uzun illər ərzində qubadlılılar öz torpaqlarına qayıtmaq arzusu ilə yaşadılar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ oldu. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altındakı torpaqlarımız azad edildi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması müharibənin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıyan hadisələrdən biri oldu. Bu qələbə Azərbaycan Ordusunun döyüş əzmini, xalqımızın birliyini və dövlətimizin gücünü bir daha nümayiş etdirdi. Qubadlı şəhərinin azad edilməsi düşmənin müdafiə imkanlarını zəiflətdi və Azərbaycanın tarixi Zəfərinə gedən yolu daha da yaxınlaşdırdı. Qubadlının azad olunması təkcə hərbi uğur deyil, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış ümidlərinin gerçəkləşməsi demək idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qubadlıya onun əsl sahibləri qayıdıb.
Qubadlı şəhərinin işğaldan azad edilməsi Azərbaycanın müasir tarixində şanlı səhifələrdən biridir. Oktyabrın 25-i hər il xalqımız tərəfindən qürur və ehtiramla xatırlanır. Bu tarix Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizin və qazilərimizin fədakarlığının, Azərbaycan xalqının sarsılmaz iradəsinin təcəssümüdür. Tarixi qələbələrin gələcək nəsillərə çatdırılması, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması mühüm əhəmiyyət daşıyır. Qubadlının azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun ayrılmaz hissəsi kimi yaddaşlarda yaşayır.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Qubadlı rayonunu da əhatə edir. Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması doğma torpaqlarda həyatın bərpası istiqamətində atılan mühüm addımlardandır. Bu layihələr çərçivəsində müasir yaşayış mühitinin yaradılması, zəruri infrastrukturun qurulması və əhalinin rahat yaşayışının təmin edilməsi qarşıya məqsəd qoyulur. Qubadlının yenidən qurulması yalnız dağıdılmış evlərin və obyektlərin bərpası deyil, həm də rayonun iqtisadi potensialının yenidən canlandırılması deməkdir. Məqsəd keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etmək, burada dayanıqlı yaşayış şəraiti yaratmaq və bölgənin inkişafına yeni təkan verməkdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsidir. 19 oktyabr 2022-ci il tarixdə Prezident İlham Əliyev Qubadlıya səfəri zamanı mühüm infrastruktur layihələri ilə tanış olub. Dövlət başçısına “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri barədə məlumat verilib. Bu layihələr su ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatının inkişafı və ərazilərin sosial-iqtisadi potensialının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Həmin səfər çərçivəsində “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub. Bu infrastruktur layihələri elektrik enerjisi təminatının yaxşılaşdırılması, müasir idarəetmə sistemlərinin tətbiqi və ərazidə həyata keçirilən bərpa işlərinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qubadlıda aparılan quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarını dirçəltmək əzmini nümayiş etdirir. Bu gün doğma torpaqlarına qayıdan insanların ümidləri, yenidən qurulan kəndlər və yaradılan müasir infrastruktur böyük Zəfərin real nəticələridir. Qubadlı Azərbaycanın qəhrəmanlıq tarixinin, milli birliyinin və dövlətimizin qüdrətinin rəmzidir. Şəhərin azad edilməsi ilə başlanan yeni mərhələ bu gün bərpa, inkişaf və Böyük Qayıdış prosesi ilə davam edir. Qubadlıya öz sahiblərinin qayıtması isə tarixi ədalətin bərpasının və Azərbaycan xalqının iradəsinin təntənəsidir.
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri: Anar Alışov
Xəbər lenti
Hamısına baxSiyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Siyasət
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50

