YAP Tərtər rayon təşkilatının geniş tərkibli Şura iclası keçirilib
17.10.2019 [09:54]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının geniş tərkibli Şura iclası keçirilib. Ərazi ilk partiya təşkilat sədrlərinin, Qadınlar Şurası və Gənclər Birliyinin üzvlərinin də iştirak etdiyi iclası giriş sözü ilə açan rayon təşkilatının sədri Ramiz Şabanov oktyabrın 12-də YAP-ın İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə keçirilən ümumrespublika müşavirəsi barədə məlumat verib.
Ramiz Şabanov deyib ki, həmin müşavirədə çıxış edən Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov son illərdə ölkəmizdə partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atıldığını, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını, iqtisadiyyatımızın sürətli inkişafı nəticəsində ölkənin maliyyə imkanlarının yüksəldiyini bildirib və bütün bunların sayəsində yeni iş yerlərinin yaradılması, əhalinin, sosial qayğıya daha çox ehtiyacı olan əlillərin, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gərəkli addımlar atıldığını, əməkhaqlarının, təqaüdlərin artırılmasını təmin edəcək inqilabi sosial paketin reallaşdırıldığını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.
R.Şabanov əlavə edib ki, həmin müşavirədə partiyamızın Sədr müavini-İcra katibi Əli Əhmədov cari ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlıq işlərinin aparılmasında Yeni Azərbaycan Partiyasının və onun yerli strukturlarının görəcəyi işlər barədə konkret tapşırıqlar və tövsiyələr verib: “Odur ki, YAP Tərtər rayon təşkilatı və onun ərazi ilk partiya təşkilatları dekabrda keçiriləcək bələdiyyə seçkilərinin də demokratik, şəffaf və aşkarlıq şəraitində keçirilməsi, seçkilərdə YAP-ın namizədlərinin mütləq qələbəsinin təmin olunması üçün bütün təşkilati, təbliğat və təşviqat işlərini yüksək səviyyədə təşkil etməli, bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürüləcək şəxslər siyasi cəhətdən yetkin, yaşadıqları və fəaliyyət göstərdikləri ərazilərdə hörmət və nüfuz sahibi olanlar arasından seçilməlidirlər”.
Rayon təşkilatının sədri daha sonra bələdiyyə seçkiləri ilə əlaqədar görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.
İclasda çıxış edən rayon təşkilatının Şura üzvü Kamil Məmmədov, rayon təşkilatı Gənclər Birliyinin sədri Tunarə Məmmədzadə, Şura üzvü Fitat Əliyeva, ərazi ilk partiya təşkilat sədrlərindən Pərviz Mustafayev, Vəli Əliyev və başqaları ölkəmizdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinin xalq tərəfindən həmişə dəstəkləndiyini, builki bələdiyyə seçkilərində də partiyamızın mütləq qələbə qazanacağına əmin olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30

