Saray qəsəbəsində YAP-ın namizədləri ilə seçicilərin görüşü keçirilib
14.12.2019 [09:28]
23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində Saray qəsəbəsində YAP-ın namizədləri ilə seçicilərin görüşü keçirilib.
Görüşü giriş nitqi ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərində də qalib gəlmək əzmindədir.
B.Vəliyev deyib ki, YAP bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə inkişaf yolunda irəliləyir: “Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan bir siyasi təşkilatdır. Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış və Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla fəaliyyət göstərən, Azərbaycanımızın tərəqqisi naminə fədakarlıq nümayiş etdirən YAP nəinki regionda, hətta dünyada sayılıb-seçilən siyasi təşkilatlardan birinə çevrilib”.
Sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, bələdiyyələr daim vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, sakinlərin etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir. Ötən dövrdə bir çox bələdiyyələr müsbət təcrübə qazanıb, onların cəmiyyətdə rolu artıb.
V.Rəhimzadə həmçinin qeyd edib ki, Azərbaycan demokratik inkişaf yolunda dinamik addımlarla irəliləyir: “Bütün bunlar onu göstərir ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi inkişaf və sabitlikdir. Ona görə də Abşeron rayonu ictimaiyyəti bu inkişafa, sabitliyə səs verməklə növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərməlidirlər”.
Daha sonra YAP-ın Saray qəsəbə bələdiyyəsinə üzvlüyünə namizəd Cavanşir Zeynalov öz platforması barədə seçicilərə ətraflı məlumat verib.
Sonda qərargah üzvləri Bayram Hüseynzadə və Nadir Ağayev çıxış edərək qeyd ediblər ki, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması, bütövlükdə, inkişafa xidmət edən əməli tədbirlərin görülməsi, məhz YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Məhz buna görə də, abşeronlu seçicilər dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxSosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27

