Elmar Məmmədov: Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır
14.07.2020 [08:36]
“Müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu var”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ofisinin rəhbəri Elmar Məmmədov deyib.
E.Məmmədov bildirib ki, Azərbaycanın güclü, modern ordusu yaranıb və bir neçə il bundan öncə aprel döyüşlərində ordumuz bunu sübut etdi. Təbii ki, ordunun gücü ilk növbədə onun Ali Baş Komandanı, zabiti və əsgərindədir, ancaq biz ordumuzun müasir silahlarla təchiz olunmasını da diqqətdən kənarda qoya bilmərik. Azərbaycan bu istiqamətdə bir sıra dövlətlərlə əməkdaşlıq edir və ən müasir texnologiyaya əsaslanan silahlar alır və yenə də alacaq. “İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdu. Əfsuslar olsun ki, bütün dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda mənfur düşmən yenə də öz çirkin xislətinə sadiq qalaraq, kobud şəkildə işğalçılıq siyasətini davam etdirməyə çalışdı. Nəticədə isə düşmənin cavab atəşi ilə susdurulması bir daha bu ölkəyə, onun havadarlarına bir mesaj oldu ki, Azərbaycan ordusu güclüdür, güclənməkdə davam edəcək və əgər aprel hadisələri təkrarlanarsa, bu, düşmən üçün ciddi uğursuzluqla nəticələnəcək, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq”,-deyən E.Məmmədovun sözlərinə görə, qürurverici haldır ki, Ali Baş Komandan sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır.
E.Məmmədov deyib ki, Aprel döyüşləri zamanı Çətinliyə düşən kimi erməni hərbçiləri qaçmağa başladılar. “Çünki bilirdilər ki, Qarabağ onların deyil və bu ərazidə müvəqqətidirlər! Tovuz istiqamətində gedən döyüşlərdə isə düşmənin təxribatçı hərəkətlərinin qarşısının alınması dünya ölkələrinə bir daha göstərdi ki, Azərbaycan hər an öz torpaqlarını düşmən tapdağından azad etməyə qadir ölkədir. Çünki Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir. Ali Baş Komandanın vurğuladığı kimi, müharibə hələ bitməyib. Xalqın ümidi şanlı Azərbaycan əsgərinədir!”, - deyə E.Məmmədov söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19

