/ / Ceyran Novruzova: Azərbaycan koronavirus pandemiyası ilə beynəlxalq mübarizəyə mühüm töhfələr verir
Ceyran Novruzova: Azərbaycan koronavirus pandemiyası ilə beynəlxalq mübarizəyə mühüm töhfələr verir
15.07.2020 [08:29]
“2020-ci ilin əvvəlindən bütün dünya, o cümlədən ölkəmiz çətin sınaq qarşısında qalıb. 2019-cu ilin dekabrında Çində baş qaldıran yeni koronavirus (COVID-19) infekasiyası tezliklə bütün dünyaya yayılıb və dünya dövlətlərini ciddi sınağa çəkib. Pandemiya başlayana qədər dünyada etalon sayılan, qabaqcıl səhiyyə sisteminə malik ölkələr pandemiya qarşısında çətin durumda qalıb, tibbi ləvazimat, xəstəxanalarda yer çatışmazlığı, xəstələr arasında çoxsaylı ölüm halları humanitar böhran yaradıb”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədr müavini Ceyran Novruzova deyib.
C.Novruzovanın sözlərinə görə, pandemiya ölkəmizi təhdid etsə də, Azərbaycan Prezidentinin təxirəsalınmaz və qabaqlayıcı tədbirləri nəticəsində ölkəmizdə humanitar böhran baş verməyib: “Vaxtında ölkədə xüsusi karantin rejiminin tətbiqi, Operativ Qərargahın yaradılması digər ölkələrdə olan faciəvi sonluqların yaşanmasının qarşısını alıb. Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə ölkədə modul tipli xəstəxanalar tikilir. Ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar peşəkar həkim personalı ilə koronavirusla mübarizə üçün hazır vəziyyətə gətirilib. Ən zəruri addımlardan biri isə qısa müddət ərzində dezinfeksiyaedici vasitə, tibbi maska və tibb işçiləri üçün xüsusi geyim istehsal edən müəssisələrin fəaliyyətə başlaması olub”.
Ceyran Novruzova pandemiya ilə mübarizə üçün ölkəmizdə həyata keçirilən xeyriyyəçilik təşəbbüsünə də toxunub: “Cənab Prezidentin təşəbbüsü ilə 2020-ci ilin mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılıb. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əmək haqlarını bu fonda köçürmələri bir nümunəyə çevrilib. Dövlət başçısının bu çağırışına ölkəmizdə minlərlə insandan dəstək gəlib”.
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasının Azərbaycanın koronavirus pandemiyası ilə beynəlxalq mübarizəyə mühüm töhfə verəcəyini qeyd edən C.Novruzova deyib ki, bu təklifin 130 dövlət tərəfindən dəstəklənməsi ölkəmizin beynəlxalq nüfuzunun bariz nümunəsidir: “Təqdirəlayiq haldır ki, artıq BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının gündəliyi təsdiq edilib. İnanırıq ki, xüsusi sessiya beynəlxalq ictimayyəti pandemiya ilə mübarizəyə tam səfərbər edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19

