/ / YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyi və AK Parti Bursa Osmanqazi Gənclik Qolları arasında “Biz birlikdə güclüyük” mövzusunda videogörüş keçirilib
YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyi və AK Parti Bursa Osmanqazi Gənclik Qolları arasında “Biz birlikdə güclüyük” mövzusunda videogörüş keçirilib
22.08.2020 [00:29]
Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə Türkiyənin AK Parti Bursa Osmanqazi Gənclik Qolları arasında videogörüş keçirilib. Görüşdə YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Əmirli çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığı və ölkələrimiz arasındakı yüksək səviyyəli dostluq əlaqələrindən söhbət açıb. O, həmçinin hər iki ölkənin gəncləri, o cümlədən YAP və AK Partinin gənclər təşkilatlarının arasında sıx dostluq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb.
AK Parti Bursa Osmanqazi Gənclik Qollarının başqanı Hakan Köprülüoğulları isə bu görüşün keçirilməsindən məmnun olduğunu qeyd edərək Azərbaycan-Türkiyə əlaqələrinin gündən-günə inkişafı ilə bağlı fikirlərini bildirib, AKP və Bursa Osmanqazi Gənclik Qollarının fəaliyyəti haqqında məlumat verib.
Videogörüşdə çıxış edən YAP Ağdaş rayon təşkilatının baş məsləhətçisi Anar Şahmuradov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan və Azərbaycan xalqı qarşısında xidmətlərindən söz açıb. O, həmçinin Ümummilli Liderimiz, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib.
Çıxışında həmçinin Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında da bursalı gənclərə geniş məlumat verən Anar Şahmuradov Türkiyənin qardaş ölkə olaraq hər zaman Azərbaycana dəstək verməsindən danışıb, ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin ölkə başçıları cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasətin nəticəsində daha da inkişaf etdiyini bildirib.
A.Şahmuradov Ağdaş rayonun sosial-iqtisadi inkişafı haqqında da türkiyəli gənclərə məlumat verib. AK Parti Bursa Osmanqazi Gənclik Qolları başqanının müavini Aykut Filiz isə Bursa şəhəri haqqında danışıb.
Görüşdə ağdaşlı və bursalı gənclər dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatı və Türkiyə-Azərbaycan birgə hərbi təlimləri haqqında fikirlərini bildirib. Eyni zamanda,bu tipli görüşlərin mütəmadi şəkildə keçirilməsi haqqında razılığa gəlinib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

