/ / Təmraz Tağıyev: Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ölkəmizdə islahatların davam etdirilməsi müsbət nəticələrə gətirib çıxarır
Təmraz Tağıyev: Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ölkəmizdə islahatların davam etdirilməsi müsbət nəticələrə gətirib çıxarır
25.08.2020 [09:01]
“Dünyanı bürüyən yeni növ koronavirus infeksiyasının ölkələrin iqtisadi və sosial durumuna təsiri inkaredilməzdir. Mübarizə tədbirlərinə başlandığı gündən hər bir dövlət öz imkanlarından maksimum istifadə etməklə yaranmış vəziyyətdən çıxmaq üçün yollar axtarır. Azərbaycan dövlətinin ilk gündən atdığı addımlar bu itkilərin miqyasının genişlənməsinin qarşısını aldı. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Sərəncamı, bu sənədin icrası ilə bağlı 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqramın icrasına başlanılması ölkəmizin möhkəm iqtisadi bazaya malik olduğunu, məhz bu bazaya əsaslanaraq genişmiqyaslı iqtisadi və sosial paket həyata keçirdiyini bir daha təsdiqlədi”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib.
T.Tağıyev bildirib ki, Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3.5 milyard manatdır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri 5 milyona yaxın vətəndaşı əhatə edir: “Prezident İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ölkəmizdə islahatların davam etdirilməsi müsbət nəticələrə gətirib çıxarır”.
Rayon təşkilatının sədri qeyd edib ki, bu müddətdə dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığının verilməsi və artıq 320 min şəxsin bu dəstəkdən yararlanması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işlərinin həyata keçirilməsi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın müddətinin uzadılması, ünvanlı sosial yardım alan ailələrin sayının artmaqda davam etməsi, həmçinin sərt karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan vətəndaşların sağlamlığının qorunması məqsədilə evdə qalmalarının təmin olunması üçün onlara sosial xidmətlərin göstərilməsi, 15 mindən çox tənha yaşlının sosial xidmətlərlə əhatə olunması və sair deyilənlərin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

