“Qarabağ Azərbaycandır!” mövzusunda birgə tədbir keçirilib
22.09.2020 [08:39]
Sentyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı, Şuşa və Ağcabədi rayon təşkilatlarının Qadınlar Şurasının “Qarabağ Azərbaycandır!” mövzusunda videokonfrans formatında birgə tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva bildirib ki, işğalçı Ermənistanın destruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ problemi həllini tapmır. Onun sözlərinə görə, Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad ediməsi üçün qətiyyətli siyasət həyata keçirir. Dövlətimizin başçısının “Qarabağ Azərbaycandır!” bəyanatı bütün dünyaya mesajdır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi qəbul olunur. Təbii ki, ölkəmizin dünya miqyasında yüksək səviyyədə qəbul olunması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin əyani göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioriteti Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu istiqamətdə dövlətimiz uğurlu hücum diplomatiyası həyata keçirir. Hücum diplomatiyasının nəticəsində işğalçı Ermənistan dalana dirənib, dünyanı öz yalanına inandıra bilmir.
Tədbirdə həmçinin YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva və YAP Ağçabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirirblər. Qeyd olunub ki, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir, eləcə də atılan bütün hüquqazidd addımlar beynəlxalq cinayətdir. Məqsəd isə işğalçılıq siyasətini davam etdirməkdir. Bununla yanaşı, təcavüzkar Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və ətraf 7 rayonda qeyri-qanuni fəaliyyəti, xüsusilə qanunsuz məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.
Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və Qarabağda üçrəngli bayrağımız dalğalanacaq!
Xəbər lenti
Hamısına baxSosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27

