/ / Əminə Əhmədova: Ordumuzun bu uğurları hər bir azərbaycanlı kimi, partiyamızın qadın üzvlərində də böyük ruh yüksəkliyi yaradıb
Əminə Əhmədova: Ordumuzun bu uğurları hər bir azərbaycanlı kimi, partiyamızın qadın üzvlərində də böyük ruh yüksəkliyi yaradıb
09.10.2020 [09:05]
Hər zaman ölkəmiz üçün taleyüklü məsələlərdə ön sırada olan Yeni Azərbaycan Partiyası (YAP) bu günlərdə də öz aktivliyi ilə seçilir. Ordumuzun işğalçılara sarsıdıcı zərbələr vurduğu bu günlərdə partiyamız istər daxildə, istərsə də beynəlxalq aləmdə uğurlu fəaliyyəti ilə aparılan haqq mübarizəmizə dəstək olur. Bunu YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova deyib.
Onun sözlərinə görə, YAP-ın beynəlxalq siyasi partiya təşkilatlarına, dünya ölkələrinin hakim və eləcə də aparıcı siyasi partiyalarına növbəti müraciəti də deyilənləri təsdiqləyir: “Müraciətdə qeyd olunduğu kimi sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məskənlərini və mülki obyektlərini iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutması nəticəsində 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi qarşıdurma kəskin şəkildə gərginləşmişdir. Ermənistan tərəfi intensiv şəkildə dinc şəhərləri hədəfə aldığından mülki əhali arasında çoxlu ölən və yaralananlar var, mülki infrastruktur ciddi dağıntılara məruz qalıb”.
Əminə Əhmədovanın sözlərinə görə, bütövlükdə Avropa və Asiyanın 34 ölkəsindən 54 siyasi partiyaya, eləcə də bir sıra beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə daha sonra bildirilib ki, hazırda Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda döyüş əməliyyatlarını həyata keçirir: “Döyüşlərin dayandırılmasının və münaqişənin nizama salınmasının yeganə ədalətli şərti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılmasıdır. Bu məqamda qeyd etmək istərdim ki, bütün sülhsevər Azərbaycan qadınları kimi, YAP Yevlax rayon təşkilatında təmsil olunan qadınlarımız da proseslərin gedişini diqqətlə izləyir, bu ağır və şərəfli günlərdə üzərilərinə düşən vəzifələrin öhdəsində layiqincə gəlmək üçün əzmlə çalışırlar”.
Ordumuzun düşmənə sarsıdıcı zərbə vurduğunu deyən Əminə Əhməddova bunun hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaratdığını bildirib: “Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları nəticəsində uzun illərdir, işğal altında olan bir sıra ərazilərimiz, o cümlədən Cəbrayıl şəhəri düşmən işğalından azad edilib, həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Ordumuzun bu uğurları hər bir azərbaycanlı kimi, partiyamızın qadın üzvlərində də böyük ruh yüksəkliyi yaradıb”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35

