YAP-ın yaranmasının 28-ci ildönümü ilə əlaqədar Naftalanda videokonfrans keçirilib
21.11.2020 [13:11]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 28-ci ildönümü ilə əlaqədar Naftalanda videokonfrans keçirilib. Videokonfransda çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev partiyanın ötən 28 ildə keçdiyi şərəfli yol barədə geniş məlumat verib.
"Bu gün Heydər Əliyevin ideyalarının layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, xalqımızın tükənməz hörmətini, rəğbətini qazanması, sıralarını kəmiyyət və keyfiyyət baxımından genişləndirməsi, xalqımızın maraq və mənafelərinin təminatı məsələsində daim özünə güvənməsi ilə ümumxalq partiyası olduğunu bir daha sübut edib" – deyən H.Qocayev onu da qeyd edib ki, YAP Naftalan şəhər təşkilatı 1995-ci il iyun ayının 15-də təsis edilib.
Bildirilib ki, yarandığı gündən bu günədək YAP Naftalan şəhər təşkilatı inkişaf edib və demokratik seçki təcrübəsinə nail olaraq bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfəsini verib. Hazırda YAP Naftalan şəhər təşkilatının 36 ərazi ilk partiya təşkilatında 1309 nəfər partiya üzvü birləşib: “Ötən 25 ildə YAP Naftalan şəhər təşkilatının sıraları genişlənib və şəhərimizin ziyalıları, ağsaqqalları, fəal gənclərimiz YAP Naftalan şəhər təşkilatının sıralarında təmsil olunmaqdadır. YAP Naftalan şəhər təşkilatının sıralarında 771 nəfər qadın üzvümüz, 379 nəfər isə gənc üzvümüz birləşib. Xüsusən gənclərin Yeni Azərbaycan Partiyası sıralarına qoşulmaq istəyi olduqca təqdirəlayiq və sevindirici haldır”.
Tədbirdə çıxış edən digər natiqlər isə bildiriblər ki, Yeni Azərbaycan Partiyası hər zaman dahi Liderimiz Heydər Əliyevin ifadə etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyası olaraq yaşayacaq.
Çıxışlarda, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində əldə edilən parlaq hərbi-siyasi qələbələrin bütün ölkə vətəndaşları tərəfindən böyük sevinc hissi, bayram əhval-ruhiyyəsi ilə qarşılandığı qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

