/ / YAP Nərimanov rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibətilə tədbir keçirib
YAP Nərimanov rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibətilə tədbir keçirib
24.11.2020 [09:15]
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bundan sonra da mühüm tarixi nailiyyətlərə imza atacaq”
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı YAP-ın yaranmasının 28-ci ildönümü münasibətilə “Böyük Qələbəyə gedən yolda Yeni Azərbaycan Partiyasının rolu və əhəmiyyəti” mövzusunda ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə videokonfrans formatında tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev öncə ərazi bütövlüyümüzün bərpası uğrunda gedən müharibədə möhtəşəm qələbə qazanılması və Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümünün qeyd olunması münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrdəki ziddiyyətli siyasi proseslərdən bəhs edib.
T.Tağıyev deyib ki, belə bir şəraitdə xalq ağır vəziyyətdən çıxış yolu kimi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını görürdü.
Rayon təşkilatının sədri, həmçinin rəşadətli ordumuzun sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın öz hərbi qüdrətini göstərdiyini diqqətə çatdırıb. T.Tağıyev söyləyib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusu darmadağın edildi. Bununla da böyük qələbəyə imza atıldı.
Sonra tədbir iştirakçılarından YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Avrasiya Universitetinin prorektoru Şəfaət Avılbəyli, Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov, ərazi ilk partiya təşkilatlarının sədrləri - Maarif Əhmədov, Ağaəli Hüseynov, Azər Əbilov, Əli Məmmədov, Anar Hacıyev, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova və sədr müavinləri Vüsal Əliyev, Tamerlan Əkbərov çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs ediblər.
Natiqlər, həmçinin Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qəhrəmanlığı sayəsində qazanılmış böyük qələbəyə gedən yoldan danışıblar. Qeyd olunub ki, xalqın alternativsiz Lideri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bundan sonra da yüksək nailiyyətlərə imza atacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

