Təmraz Tağıyev: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı
02.12.2020 [09:24]
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı, uzun illər işğal altında olan ərazilərimiz birdəfəlik işğaldan azad edildi. Müharibənin başladığı ilk günlərdən etibarən bir-bir azad olunan kəndlərimizin, qəsəbələrimizin, şəhər və rayonlarımızın siyahısını gördükcə, hər bir azərbaycanlının ürəyi dağa dönür. Bu qalibiyyət uzun illər aparılan uğurlu siyasətin məntiqi nəticəsidir”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib.
Təmraz Tağıyev bildirib ki, istər ordu quruculuğu, istərsə də qurulan diplomatik münasibətlərimiz bu gün öz uğurlu bəhrəsini verdi. Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən üzərinə qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqincə gələrək düşməni təslim olmağa məcbur etdi. Qalibiyyətin məntiqi davamı olaraq Ermənistanın baş naziri kapitulyasiya sənədinə imza atdı. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bütün şərtləri diktə etdi və Ermənistanın baş naziri bunu qəbul etməyə razı oldu. Dəfələrlə deyilmişdi ki, bu müharibə həm də Ermənistanın baş nazirinin siyasi karyerasının sonu olacaq və Ermənistanda baş verən proseslər artıq bunu deməyə əsas verir.
“Biz Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan ərazilərimizi işğaldan azad edərək, öz əbədi və əzəli torpaqlarımıza geri qayıtdıq, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü təmin etdik. Şuşa şəhəri azad edildikdən sonra artıq Ermənistanın məğlub olduğu hamı üçün açıq-aşkar idi. Tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi hər birimiz üçün böyük bir bayramdır. Dilindən, dinindən, siyasi fikirlərindən asılı olmayaraq hər bir azərbaycanlının cənab Prezidentin ətrafında sıx birləşərək həmrəylik göstərməsi isə Azərbaycan xalqının və onun rəhbərinin qüdrətindən xəbər verir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Ali Baş Komandana göstərdiyi inam və etimad öz bəhrəsini verdi. Tarix bir daha göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, onun güclü iradəsi var. Azərbaycan xalqı bu gün xoşbəxtdir, onun Prezidenti dünyanın ən güclü liderlərindəndir. Onun Prezidentinin istər diplomatiyada, istər xarici televiziyalara verdiyi müsahibələrdə keçdiyi master-klaslarda, istərsə də rəhbərlik etdiyi ordunun döyüş meydanında göstərdiyi şücaətlərdə misli-bərabəri yoxdur. Cənab Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” dedi və Qarabağdakı düşmən işğalına birdəfəlik son qoydu”, - deyə rayon təşkilatının sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35

