Yevlaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirilib
10.12.2020 [17:30]
Dekabrın 9-da Yevlaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirilib. Yevlax şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən videokonfransın iştirakçıları öncə Ümummilli Liderin, həmçinin Azərbaycan dövlətçiliyinin qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Videokonfransı giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işlərdən danışıb, Onun hakimiyyətdə olduğu illərdə milli özünüdərk, özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından həyata keçirdiyi siyasətin müsbət nəticələrindən söhbət açıb.
Videokonfransda çıxış edən Milli Məclisin Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətləri, böyük xilaskarlıq missiyası barədə geniş məlumat verib.
O da qeyd edilib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli Lider suveren Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib, onun müstəqilliyini əbədi və dönməz edib.
Çıxışında son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan da danışan Əli Hüseynli 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi möhtəşəm qələbənin məhz bu siyasətin nəticəsi olduğunu deyib.
"Ulu Öndər Heydər Əliyev Öz fəaliyyəti, qətiyyəti və siyasi iradəsi sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıdıb",-deyən millət vəkili, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov Ümummilli Liderimizin respublikaya hər iki rəhbərliyi dövründə Yevlağın inkişaf etmiş bir şəhərə çevrildiyini bildirib. O, həmçinin digər regionlar kimi, Yevlax rayonunda da sosial-iqtisadi inkişafının parlaq dövrünə cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində nail olunduğunu vurğulayıb.
Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova isə bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını öyrənmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin vətəndaşlıq borcudur. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər.
YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Yusifqızı isə bugünkü firavan həyatımız üçün xalqımızın Ulu Öndər Heydər Əliyevə sonsuz minnətdar olduğunu bildirib. O, Ümummilli Liderimizin siyasətinin Onun layiqli siyasi varisi olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Konfransda, həmçinin Yevlaxdakı Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, YAP Yevlax rayon təşkilatının fəalları Ariz Mikayılov, Sevil Əliyeva, Fərid Vaqifli və təqaüddə olan hərbçi zabit Mürsəl Göyüşov çıxış edərək Ulu Öndərin Azərbaycan dilinin inkişafı, gənclərə diqqət və qayğısı, digər sahələrdə həyata keçirdiyi siyasət və gənc nəsillərə miras qalan titanik fəaliyyətindən ətraflı danışıblar.
Xəbər lenti
Hamısına baxSosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41

