/ / Nizami Mönsümov: Azərbaycan dövlətinin qazandığı nailiyyətlər beynəlxalq müstəvidə təqdir olunur
Nizami Mönsümov: Azərbaycan dövlətinin qazandığı nailiyyətlər beynəlxalq müstəvidə təqdir olunur
22.12.2020 [09:46]
“Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, qazandığı nailiyyətlər beynəlxalq müstəvidə təqdir olunur və müasir Azərbaycanın inkişaf modeli demək olar ki, hətta inkişaf etmiş bir sıra dövlətlər tərəfindən öyrənilir. 44 günlük Vətən müharibəsində qələbə qazanmış, öz ərazi bütövlüyünü təmin etmiş ölkəmiz həm də qlobal məsələlərin həllində vacib rol oynayır. Azərbaycanın COVID-19 infeksiyasına qarşı qlobal mübarizənin təşkilində təşəbbüsçü kimi çıxış etməsi dövlətimizin növbəti uğurudur”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Nizami Mönsümov deyib.
Onun sözlərinə görə, dekabrın 4-də Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası Azərbaycan Prezidentinin bu ilin may ayında Qoşulmama Hərəkatının Sədri qismində irəli sürdüyü təklifin dünya dövlətləri tərəfindən dəstəkləndiyinin əyani sübutuna çevrildi: “Azərbaycan Prezidentinin təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın, etibarın göstəricisidir. Sessiyada həm Azərbaycan Prezidenti, həm də Qoşulmama Hərəkatının Sədri qismində çıxış edən ölkə başçısı bildirdi ki, ölkəmizdə bu infeksiyaya yoluxmanın qarşısının alınması, o cümlədən sosial problemlərin həlli ilə bağlı genişmiqyaslı tədbirlər planı həyata keçirilir. Qeyd edilməlidir ki, bu gün dünyanın bir sıra dövlətləri koronavirusla mübarizə çərçivəsində yardımlar alır. Azərbaycan isə yardım edən ölkə statusunda çıxış edir. Ölkə daxilində tətbiq olunan bir sıra qaydalar, dövlətin koronavirusla mübarizədə aktiv fəaliyyəti pandemiyadan itkilərin çoxalmasının qarşısını alır. İqtisadi sabitliyin qorunması üçün vətəndaşlara, sahibkarlara edilən yardımlar xalqın rifahının yüksəldilməsində əsaslı rol oynayır. Təbii ki, bütün bunlar Azərbaycanın qazandığı uğurlardır”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

