/ / Prezident İlham Əliyevin qətiyyəti, dəmir iradəsi, uğurlu daxili və xarici siyasəti Vətən müharibəsində Qələbəni şərtləndirən amillərdir
Prezident İlham Əliyevin qətiyyəti, dəmir iradəsi, uğurlu daxili və xarici siyasəti Vətən müharibəsində Qələbəni şərtləndirən amillərdir
25.12.2020 [09:21]
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yürütdüyü uğurlu daxili və xarici siyasət, qəbul etdiyi qərarlar, atdığı addımlar, diplomatik manevrləri Vətən müharibəsində qazandığımız Qələbəni şərtləndirən başlıca amillərdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında “Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş Komandan İlham Əliyev” mövzusunda onlayn keçirilən elmi-praktik konfransda səsləndirilib.
Konfransda məruzə edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, Prezident İlham Əliyev işğal altındakı torpaqlarımızın azad olunması üçün daim çalışıb, beynəlxalq tədbirlərdə Azərbaycanın haqq sözünü dünya liderlərinə və münaqişənin danışıqlar yolu ilə həll edilməsinə cavabdeh olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə çatdırıb. Lakin münaqişənin həlli uzadılır, həmsədrlər status-kvonu qoruyub saxlamağa çalışırdılar. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin tələbləri yerinə yetirilmirdi. Belə bir vəziyyət Prezidentimizi qane edə bilməzdi.
R.Əhmədov dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatının inkişaf etdirildiyini, ordumuzun daha da gücləndirildiyini, ən müasir silah və texnikaların alındığını diqqətə çatdırıb. Bildirib ki, həm diplomatik sahədə, həm də informasiya mübarizəsində Prezidentimiz gərgin işləyir, xalqımızın haqq səsini dünya birliyinə çatdırırdı. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də növbəti hərbi təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları Azərbaycanın Böyük Qələbəsi ilə nəticələndi. Vətən müharibəsindəki Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və məcburi köçkün sözünü götürdü. Ölkəmizdə xalq-dövlət-ordu birliyinin ən yüksək səviyyədə olduğunu bir daha göstərdi. Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri hələ uzun müddət təhlil ediləcək, bu Qələbənin şəninə dastanlar, bədii və elmi əsərlər yazılacaq, filmlər çəkiləcək.
Konfransda YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Radə Qafarova, Qarabağ müharibəsi qazisi Mehdi Mehdiyev, Ağcabədi bələdiyyəsinin sədri Solmaz Rəhimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktor müavini Mahir Səlimov və başqaları çıxış edərək Prezident İlham Əliyevi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı, Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qarantı, xalqın sosial problemlərinin həllini daim diqqətdə saxlayan, güclü və modern ordu qurucusu, işğal altındakı torpaqlarımızı 44 gündə qaytarmağa nail olan qətiyyətli sərkərdə olduğunu qeyd ediblər.
Konfransda YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov Vətən müharibəsi dövründə hamının bir yumruq kimi birləşərək arxa cəbhədə də orduya dəstək olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

