Sevda Abdullayeva: Qarabağ Dirçəliş Fondunun yaradılması mühüm hadisədir
19.01.2021 [09:17]
“Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində bizi 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımıza qovuşdurdu. Hazırda işğaldan azad edilmiş torpaqlarda dövlətimiz tərəfindən yenidənqurma işlərinə başlanılıb. Suqovuşana yol çəkilib, Füzuli-Şuşa yolu müasir standartlara uyğun inşa edilir. Cənab Prezident Şuşaya səfər edərkən Füzulidə beynəlxalq hava limanının təməlini atdı. Amma bununla yanaşı, ölkə vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız, iş adamları Qarabağın quruculuğu prosesində iştirak etmək istədiklərini hər fürsətdə ifadə edirlər. Bu gün hər kəsin ən böyük arzusu Qarabağın dirçəlməsi prosesinə töhfə verməkdir. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun yaradılması xalqımız və dövlətimiz üçün mühüm hadisədir”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva deyib.
Sevda Abdullayeva bildirib ki, təcavüzkar Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımızda əsl vandalizm aktı törədib, bütün şəhər və kəndlərimizi tamamilə dağıdıb. Düşmən tarixi abidələrimizi, məscidlərimizi məhv edib, bölgənin ekologiyasına çox ciddi ziyan vurub. Bu səbəbdən bizi qarşıda çox vacib bərpa və yenidənqurma işləri gözləyir. Hazırda işğaldan azad edilmiş bir çox şəhərlərimiz yerlə-yeksan olunduğu üçün, sözün əsl mənasında, müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır. Bu istiqamətdə artıq şəhərlərin yeni baş planları hazırlanır.
“Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə güclü iqtisadiyyata və yüksək rifaha malik bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərəcək, eyni zamanda, dövlət-özəl sektor tərəfdaşlığının inkişafını təmin edəcək, yerli və xarici sərmayələrin cəlb olunması üçün zəruri təşviqat işləri aparılacaq. İnanıram ki, bu fondun fəaliyyəti, həmçinin həmrəyliyimizin rəmzinə çevriləcək. Necə ki, müharibə dövründə xalqımız bir yumruq kimi birləşərək böyük Zəfər qazandı, eləcə də milli həmrəyliyimiz Qarabağın dirçəlməsi istiqamətində işlərin sürətləndirilməsinə təkan verəcək”, - deyə S.Abdullayeva qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

