/ / YAP Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib
YAP Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib
19.01.2021 [09:34]
Yanvarın 18-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib. Videokonfransda partiyanın rayon və şəhər təşkilatlarının gənclər birliklərinin sədrləri, eyni zamanda, gənc fəallar iştirak ediblər.
Əvvəlcə Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr əvəzi Ramin Məmmədov gəncləri salamlayıb və hesabatın gedişatında uğurlar arzulayıb. Daha sonra YAP İcra Katibliyinin Gənclərlə İş Qrupunun rəhbəri Elmar Məmmədov, YAP Gənclər Birliyinin 2020-ci ildəki fəaliyyətini əks etdirən hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.
YAP Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini əks etdirən məruzə konfrans iştirakçıları tərəfindən qənaətbəxş hesab olunub. Ramin Məmmədov videokonfransda çıxış edərək YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib. Ölkəmizdə gənclərin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını deyən Ramin Məmmədov bildirib ki, Azərbaycanda gənclərin fəallıqlarının təmin olunması istiqamətində YAP da mühüm rol oynayır, onlar üçün əlverişli şəraitin yaradılmasına çalışır. Onun sözlərinə görə, partiyamızın sıralarında gənclərin sayının artması özü-özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı böyük perspektivlərə malik olduğunu ifadə edir.
Daha sonra videokonfransda çıxış edən gənclər birliklərinin sədrləri hesabat dövründəki fəaliyyətlərini partiya rəhbərliyinin tövsiyə və tapşırıqları istiqamətində qurduqlarını, ölkə Prezidenti cənab İlham Əliyevin davam etdirdiyi siyasi xəttin bütün ölkə gəncləri tərəfindən dəstəklədiyini qeyd edib, Azərbaycan gəncliyinin hərtərəfli istiqamətdə inkişafı üçün müxtəlif tədbirlər həyata keçirdiklərini və növbəti altı ay ərzində görüləcək işlərlə bağlı təkliflərini səsləndiriblər.
Sonda videokonfrans iştirakçılarına qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14

