Nərimanov rayonunda Vətən müharibəsi iştirakçısı, qazi Arif Hacıyev ziyarət olunub
06.02.2021 [09:22]
19 saylı Nərimanov seçki dairəsindən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Nərimanov rayonunun sakini, Vətən müharibəsinin iştirakçısı, qazi Arif Şirvan oğlu Hacıyevi ziyarət ediblər.
Görüş zamanı Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun 44 gün müddətində əzəli və əbədi torpaqlarımızı düşmən işğalından azad etməsi, həmçinin “Dəmir yumruq” hərbi əməliyyatı ilə xalqımızın qəlbindəki 30 illik nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb. Millət vəkili bildirib ki, müharibə dövründə dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan xalqımızın igid övladlarının ön cəbhədə, bütün Azərbaycan xalqının isə arxa cəbhədə səfərbər olması qürurvericidir. Qeyd olunub ki, Ermənistanın müharibə zamanı aldığı zərbələrin yaraları hələ uzun illər sağalmayacaq. Müharibə gənclərimizin vətənpərvərliyini, azərbaycançılıq məfkurəsinin hər kəsin qəlbində ən uca zirvədə qərar tutduğunu bir daha göstərdi.
Hikmət Babaoğlu qəhrəman əsgərlərimizin döyüş meydanlarında göstərdiyi şücaətin tarixin yaddaşına həkk olunduğunu diqqətə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev də xalqımızın qəhrəman oğullarımızla qürur duyduğunu bildirib, onların torpaqlarımızı erməni işğalından azad etməklə tarix yazdıqlarını söyləyib. Bu müharibə həm də bütün dünyaya ölkəmizin gücünün və xalqımızın birliyinin nümayişi oldu.
Vətən müharibəsinin iştirakçısı, qazi Arif Hacıyev keçdiyi döyüş yolu barədə danışıb. O, Vətən müharibəsinin başlandığı ilk gündən döyüşlərdə olduğunu bildirib, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunması əməliyyatlarında iştirak etdiyini söyləyib. Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə isə yaralanıb. O, yaralandıqdan sonra Bakıya Müdafiə Nazirliyinin Hərbi Hospitalına gətirilib, həkimlər Arifin sağlamlığına qovuşması üçün bütün imkanlarını səfərbər ediblər. Arif Hacıyev həkimlərin fədakarlığını yüksək qiymətləndirərək Hərbi Hospitalın ümumi cərrahı Niyaməddin Ağaməliyevə, plastik rekonstruktiv bölməsinin rəisi Taleh Qasımova, ordinator Şamil Hacıyevə və oftalmologiya bölməsinin rəisi Səlahəddin Təhməzova təşəkkürlərini çatdırıb.
Görüş zamanı qazi və onun ailəsinin qayğıları dinlənilib, ailəyə maddi yardım göstərilib.
Qazinin valideynləri göstərilən diqqətə görə öz razılıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
17 May 19:36
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56

