/ / Meydanəli Yolçuyev: Müəyyən olunmuş prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə qayıdışın xüsusi tarixi və siyasi əhəmiyyəti var
Meydanəli Yolçuyev: Müəyyən olunmuş prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə qayıdışın xüsusi tarixi və siyasi əhəmiyyəti var
09.02.2021 [09:25]
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizin bütün sahələrdə sürətli inkişafına təkan verən vəzifələrin müəyyən olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu sənəd Vətən müharibəsindən sonrakı dövrdə yaranmış yeni şərtlərə uyğun Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərini özündə ehtiva edir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev deyib.
Sənəddə müəyyən olunmuş prioritetlərin iqtisadi münasibətlər sisteminin dayaqlarının gücləndirilməsinə stimul verəcəyini bildirən M.Yolçuyevin fikrincə, bu, əhalinin sosial rifahının daha da yaxşılaşmasına imkan yaradacaq: “Vətən müharibəsindən sonra regionda tamamilə yeni iqtisadi imkanlar yaranıb. Tamamilə fərqli təhlükəsizlik konfiqurasiyası mövcuddur. Azərbaycanın əldə etdiyi qələbə, nəticə etibarilə, həm də Cənubi Qafqazın tarixində yeni bir dövrün başlaması üçün unikal imkanlar formalaşdırıb. Təbii ki, yaranmış yeni situasiya həm də qarşıya yeni vəzifələr qoyur. Hesab edirəm ki, təsdiq olunmuş sənəd bu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan yaradacaq”.
Rayon təşkilatının sədri bildirib ki, müəyyən olunmuş prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə qayıdışın xüsusi tarixi və siyasi əhəmiyyəti var: “Çünki 30 ilə yaxın Ermənistanın işğalı altında qalan rayonların ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm də bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək. Ən əsası, bizim vətəndaşlarımız, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Azərbaycan xalqı üçün, dövləti üçün bu torpaqlara qayıdış həm siyasi, həm mənəvi-psixoloji, həm də iqtisadi baxımdan müstəsna əhəmiyyətə malikdir”.
M.Yolçuyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapmış müddəaların uğurla icra ediləcəyinə əmin olduğunu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanda mövcud olan milli həmrəylik, dövlət və xalq arasında qarşılıqlı etimad istənilən vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə imkan yaradır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19

