/ / YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasının gender bərabərliyi siyasəti” mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasının gender bərabərliyi siyasəti” mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib
09.02.2021 [09:34]
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasının gender bərabərliyi siyasəti” mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib.
Kursun rəhbəri, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, respublikamızda kişi və qadın bərabərliyinin təmini, gender balansının qorunması istiqamətində görülən işlərdən bəhs edib.
Mövzu ilə bağlı geniş məruzə ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycanda ailə institutunun tarixi çox qədimdir və milli-mənəvi dəyərlərə bağlı olan sosial bir qurum kimi müasirliyə hər zaman açıq olub. Ailə cəmiyyətin sosial əsasıdır. Ailənin cəmiyyət və dövlətin həyatında özünəməxsus yeri və rolu var. Ailədə həm adət-ənənə, həm idarəçilik, həm də birgə təsərrüfat vərdişləri aşılanır. Eyni zamanda, bunların hamısı sosial-psixoloji təminatlara bağlıdır. Bu təminatların mövcudluğu obyektiv və subyektiv səbəblərə bağlıdır və iqtisadi vəziyyətin təsiri burada daha çox hiss olunur.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində əsaslı nailiyyətlər əldə olunmuşdur. Xüsusilə də, bu sahədə bir sıra mühüm qanunlar qəbul edilmiş və davamlı islahatlar həyata keçirilmişdir. Nəticədə ölkədə qadın və uşaq hüquqları daha da inkişaf etdirilmiş, bu sahələrdə əhalinin məlumatlılıq səviyyəsi artırılmış, erkən nikahların sayı azalmışdır.
Xüsusi vurğulanıb ki, ailə institutunun möhkəmləndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi digər aidiyyəti qurumlarla birlikdə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliği, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin zəruriliyi, gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Lakin bütün bunların fonunda ailə institutuna təsir göstərən bir sıra mənfi hallar həm cəmiyyətimiz, həm də dövlətimiz üçün aktual olaraq qalmaqdadır. Bütün dünyada olduğu kimi, son illər nikahların azalması, boşanmaların artması, məişət zorakılığı zəminində xüsusi amansızlıqla qətl hadisələrinin baş verməsi, doğulan uşaqların sayının, ümumnəsilvermə əmsalının aşağı düşməsi, o cümlədən doğulan uşaqlar arasında cins nisbətinin pozulması ailədaxili münasibətlərin tənzimlənməsi sahəsində bir sıra boşluqların olmasını sübut edir. Bu tendensiyanın davam etməsi gələcəkdə bir sıra demoqrafik problemlərin, eyni zamanda, genefonda mənfi təsirlərin və daha ağır fəsadların yaranmasına səbəb ola bilər.
Daha sonra kurs iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

