/ / YAP Binəqədi rayon təşkilatının 2020-ci il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib
YAP Binəqədi rayon təşkilatının 2020-ci il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib
10.02.2021 [09:08]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videoformatda hesabat konfransı keçirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov rayon təşkilatının ötənilki fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış edib. R.Göyüşov bildirib ki, ümumilikdə rayon təşkilatı tərəfindən 40-dan çox tədbir və yığıncaq keçirilib, həmin tədbirlərdə 6 min nəfərdən çox insan iştirak edib: “Ümummilli Lider Heydər Əliyevin irsinin və dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin araşdırılması, öyrənilməsi, geniş təbliğ edilməsi məqsədilə sistemli işlər görülüb. Rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub. İdeoloji, təşkilati fəaliyyətin həyata keçirilməsi, o cümlədən gənclərə vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının aşılanması istiqamətində də çoxsaylı layihələr icra olunub”.
Konfransda çıxış edən Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov qeyd edib ki, ötən il ölkəmiz və xalqımız üçün olduqca yaddaqalan bir il olub: “İstər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də Vətən müharibəsində böyük uğurlara imza atmışıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü islahatlar həyata keçirilib”.
E.İbrahimov, eyni zamanda, YAP Binəqədi rayon təşkilatının çətin pandemiya və müharibə şərtlərinə baxmayaraq, ötən il də uğurla fəaliyyət göstərdiyini bildirib və hesabat məruzəsini qənaətbəxş hesab edib.
Milli Məclisin deputatı, YAP Binəqədi rayon təşkilatı İdarə Heyətinin üzvü Kamaləddin Qafarov çıxışında bildirib ki, 2020-ci il rayon təşkilatı üçün olduqca məhsuldar il olub. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbəyə toxunan deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı qalibiyyət xalqımıza sonsuz qürur hissi bəxş edib.
Vətən müharibəsinin iştirakçısı, Binəqədi rayonu 83 saylı liseyin müəllimi İdris Abıyev çıxışında Vətən müharibəsi ilə bağlı xatirələrini, təəssüratlarını bölüşüb.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Binəqədi rayon təşkilatı İdarə Heyətinin üzvü İlqar Süleymanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların uğurlu nəticələrindən bəhs edib. İ.Süleymanov rayon təşkilatının ötənilki fəaliyyətini yüksək qiymətləndirib.
Çıxışlardan sonra hesabat məruzəsi və 2021-ci il üçün müvafiq Fəaliyyət Planı qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

