YAP Nərimanov rayon təşkilatında 2020-ci ilin yekunlarına dair hesabat iclası keçirilib
12.02.2021 [09:17]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat iclası keçirilib.
İclası giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev geniş hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən il rayon təşkilatı parlament seçkilərində yüksək aktivlik nümayiş etdirib. Eləcə də COVID-19 pandemiyası ilə əlaqədar “Sağlamlığımız milli həmrəyliyimizdədir” devizi ilə rayon ərazisində ahıl, imkansız və ehtiyacı olan ailələrə gigiyenik vasitələr, habelə xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində ehtiyacı olan ailələrə ərzaq və digər yardımlar çatdırılıb. Həmçinin Yeni Azərbaycan Partiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aprelin 4-dən başladığı birgə sosial aksiya çərçivəsində rayon ərazisində yaşayan və sosial yardıma ehtiyacı olan ailələrə xidmət göstərilib.
Bundan başqa, 27 sentyabr 2020-ci il tarixində başlanmış 44 günlük Vətən müharibəsi dövründə Yeni Azərbaycan Partiyası İcra Katibliyinin təlimat və tapşırıqlarına əsasən, rayonun şəhid ailələrinə, qazilərinə yardımlar edilib. Eləcə də ordumuza yardım göndərilib, Vətən müharibəsində iştirak üçün səfərbərliklə orduya çağırılmış hərbçi ailələrinə yardımlar çatdırılıb, Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülüb. Bununla yanaşı, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Nərimanov rayonunda yaşayan şəhid ailələrinə, qazilərə ərzaq yardımları verilib.
Təmraz Tağıyev qeyd edib ki, ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət mərkəzində saxlanılıb. Statistik hesabata görə, hazırda rayon təşkilatı 123 ərazi ilk partiya təşkilatı üzrə 22800 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 10340 nəfəri qadınlar, 6980 nəfəri isə gənclərdir.
Daha sonra müzakirələr aparılıb.
Çıxış edənlərdən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, “SOCAR”ın mərkəzi arxivinin rəisi Ağaəli Hüseynov, rayon Şurasının üzvləri Faiq Şahbazlı, Nəcibə Axundova, Nasim Abışov, Tahirə Şükürova, Amil Xankişiyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova və başqaları görülən işlərdən danışıb, təşkilatın üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd edib və 2020-ci ildə rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qəbul edilməsini məqsədəuyğun hesab ediblər.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib və 2021-ci il üçün Fəaliyyət Planı qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19

