/ / YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
07.05.2021 [08:48]
Mayın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib.
Görüşdə Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iştirak edib.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov tədbiri giriş nitqi ilə açaraq belə görüşlərin əsas məqsədinin YAP Gənclər Birliyi üzvlərinin bilik və təcrübələrinin artırılması olduğunu vurğulayıb. Bəxtiyar İslamov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad edilmiş torpaqların bərpası, o cümlədən ekoloji vəziyyətin yaxşılaşdırılması əsas vəzifələrdən biridir. O qeyd edib ki, “İşğaldan azad olunmuş ərazilərdə vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda keçirilən görüş gənclər üçün olduqca faydalı olacaq.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov əvvəlcə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə yüksək diqqət, qayğı göstərib və həmin siyasi kurs ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ulu Öndərin həyat fəlsəfəsinin, Onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyinin əsas prioritetlərindəndir. Ulu Öndər Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını milli-mənəvi dəyərlər əsasında yaradaraq, onu real həyatda gerçəkləşdirib. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir”.
Sadiq Qurbanov qeyd edib ki, ərazilərimizin işğaldan azad olunmasında və hazırkı bərpa-yenidənqurma prosesində gənclərin yaradıcı düşüncələrinə, kreativ ideyalarına geniş ehtiyac duyulur: “Qarabağın bərpasında cəmiyyətin hərəkətverici qüvvəsi kimi gənclərin üzərinə vacib vəzifələr düşür. Qarabağa Böyük Qayıdış prosesində gənclərin rolu isə xüsusi önəm kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunan əraziləri “Yaşıl zona” elan edib. Orada “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin icrasına başlanılıb. Bu istiqamətdə gənclərin üzərinə böyük vəzifələr düşür”.
Daha sonra komitə sədri gənclərin suallarını cavablandırıb. Görüş diskussiya şəraitində davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

