Yevlaxda “Breyn Rinq” intellektual oyunu keçirilib
07.05.2021 [22:14]
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş yarışın qalibi YAP Naftalan şəhər təşkilatının komandası olub
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Yevlaxda "Breyn Rinq" intellektual oyunu keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında YAP Gəncə, Mingəçevir, Naftalan şəhər, həmçinin Yevlax, Goranboy, Bərdə, Tərtər, Ağdam rayon təşkilatlarının komandaları iştirak edib.
Yevlax şəhərindəki Heydər Əliyev sarayında karantin qaydaları çərçivəsində təşkil edilən tədbirin iştirakçıları öncə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini xatirəsini ehtiramla anıblar.
Yarışı giriş sözü ilə YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov açaraq Ulu Öndərin həyat və fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib. Millət vəkili Ulu Öndərin əbədiyaşar irsinin Azərbaycan xalqının qəlbində hər zaman yaşadığını deyib, həmçinin yeniyetmə və gənclərə dövlətin bugünkü qayğısından danışıb.
Çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova dahi rəhbərin ideyalarının bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, məhz bunun nəticəsində Azərbaycanda sağlam, bilikli, dövlətçiliyə, vətənə sadiq gənclər yetişmişdir.
Rayonun "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı Ümummilli Lider Heydər Əliyevin gənclərə qayğısından, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söhbət açıb.
Sonra "Breyn Rinq" yarışmasının aparıcısı Etibar Məmmədov püşkatma qaydasında iştirakçıları masaya dəvət edib. Gərgin və maraqlı keçən yarışın final mərhələsində sualları daha tez və düzgün cavablandıran YAP Naftalan şəhər təşkilatının komandası qalib gəlib. Komandaya "Breyn Rinq" yarışının kuboku və pul mükafatı təqdim olunub. II yeri tutmuş YAP Goranboy rayon təşkilatının komandası isə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının Fəxri fərmanı ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

