/ / YAP Suraxanı rayon təşkilatında “Milli Qurtuluşumuzun ən böyük töhfəsi Qarabağ zəfəridir” adlı tədbir keçirilmişdir
YAP Suraxanı rayon təşkilatında “Milli Qurtuluşumuzun ən böyük töhfəsi Qarabağ zəfəridir” adlı tədbir keçirilmişdir
14.06.2021 [10:54]
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında karantin qaydaları çərçivəsində “Milli Qurtuluşumuzun ən böyük töhfəsi Qarabağ zəfəridir” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını “15 iyun – Milli Qurtuluş Günü” münasibəti ilə təbrik edərək bildirmişdir ki, bugün əldə etdiyimiz Qarabağ zəfərinin miqyasını necə ki, biz illər sonra daha yaxşı dərk edə biləcəyik və töhfələrini görəcəyik, illər öncə baş vermiş milli qurtuluşumuzun da nəticəsini bugün daha aydın görürük. Bizim əldə etdiyimiz Qarabağ zəfəri heç şübhəsiz milli qurtuluşumuzun töhfəsidir. Bunu faktlarla da sübuta yetirmək olar. Bir anlıq ən pis ssenarini düşünüb Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə yenidən Bakıya, hakimiyyətə qayıtmadığını, yaxud da qayıda bilmədiyini təsəvvür etdikdə, o zaman insanın qəlbini qara buludlar, ağlını isə ümidsizlik alır. Qurtuluşun fəlsəfəsini, əhəmiyyətini anlamaq üçün gərək o dövrü daha yaxşı öyrənək, tarixin o mərhələsi haqqında daha ətraflı məlumatlara sahib olaq. Xüsusən də gənclərin maarifləndirilməsi istiqamətində, həqiqətin olduğu kimi onlara çatdırılması sahəsində geniş spektrli işlər aparılmalıdır. Yaxşı ki, 90-cı illərin əvvəllərində o günləri görmüş, yaşamış adamların bir çoxu hələ də sağdır və tariximizin o mərhələsinə aid sənədlər, videokadrlar hələ də istifadə olunacaq keyfiyyətdədir. Biz dövlətimizin əldə etdiyi bu qələbənin və dövlət müstəqilliyimizin qorunması naminə bütün siyasi mənsubiyyətlərimizi bir kənara qoyaraq öz rəhbərimizin ətrafında sıx birləşməliyik. Vətən Müharibəsi ərəfəsində Azərbaycan xalqı və ölkəmizdə yaşayan bütün xalqlar dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini açıq ifadə etdi. Cəmiyyətimizin bütün təbəqələrindən olan insanların birlik, bərabərlik haqqında verdikləri bəyanatlar xalqımızı, dövlətimizi sevməyənlərə, daxili və xarici düşmənlərimizə verilmiş ən səlis cavab olmuşdur.
Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatı sədrinin müavini Cəmilə Ağayeva bildirmişdir ki, xöşbəxt insanlarıq ki, iki əsrin astanasında tarixi hadisələrə canlı şahidlik edirik. 44 günlük şanlı zəfərimiz ilə bütün Qarabağda de-fakto Azərbaycan Respublikasının suverenliyinin bərpa edilməsi böyük tarixi hadisədir. Cəmilə Ağayeva bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev vaxtı ilə dəvət olunmasa idi, bugün heç bir qələbədən bəhs edə bilməzdik. Ulu Öndərin Bakıya dəvət olunmasında müstəsna xidmətləri olmuş “91-ləri” hörmət və ehtiramla yad edən təşkilatın sədr müavini bildirmişdir ki, əməyi olanlar heç vaxt doğma partiyamız və dövlətimiz tərəfindən unudulmurlar.
279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva və 24 saylı şəhər poliklinikasının baş həkimi Hacağa Bağırov da Ulu Öndərin ötən illərdə həyata keçirilmiş tarixi missiyasına toxunaraq bildirmişlər ki, torpaqlarımızın işğaldan azad edilməsi və dünya birliyinin bu ədalətli mübarizəmizə yanaşması mərhum Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi ilə mümkün olmuşdur. Bu siyasi kursun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev öz xalqının inkişafı naminə bütün mümkün və müdrik addımları ataraq 15 iyun 1993-cü ildə xilas olmuş xalqının torpaqlarını da xilas edərək onu ən xöşbəxt xalqa çevirə bilmişdir.
YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin fəalı Əfqan Vəlizadə gənclər adından çıxış edərək xöşbəxt ölkənin xöşbəxt gəncləri olduqlarını ifadə etmişdir. Əfqan Vəlizadə bildirmişdir ki, bir gənc kimi bütün məsuliyyətimlə deyə bilərəm ki, əgər Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsə idi və milli qurtuluşumuz gerçəkləşməsə idi, nə bugünkü gəncliyimiz, nə də o gəncliyin əldə etdiyi uğurlarımız olacaqdı.
Sonda YAP Suraxanı rayon təşkilatı tərəfindən “15 iyun - Milli Qurtuluş Günü” münasibəti ilə bir sıra partiya fəalı Fəxri Fərmanlarla təltif olunmuşdur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

