YAP Goranboy rayon təşkilatının X hesabat konfransı keçirilib
03.09.2021 [09:09]
Sentyabrın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, xalqın istəyi, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası 29 ildə tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində milyonların sevgisini qazanıb. Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə partiyamızın fəaliyyətinə bələdçilik edib. YAP son 18 ildə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edib, dövrün, zamanın reallıqlarına uyğun olaraq təkmilləşib, qəbul etdiyi qərarları ilə Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verib.
E.İsmayılov qeyd edib ki, hazırda YAP Goranboy rayon təşkilatı 84 ərazi ilk partiya təşkilatında 7549 üzvü birləşdirir. Onlardan 4230 nəfəri qadınlar, 1529 nəfəri isə gənclərdir.
Sonra Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Adil Rzayevin hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Goranboy rayon təşkilatının sədr müavini, Mədəniyyət işçiləri ərazi ilk partiya təşkilatının sədri Gündüz Hacıyev, rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Həsən Şirinov, təşkilatın Şura üzvü, Quşçular ərazi ilk partiya təşkilatının sədri Ruhiyyə Həmidova rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibətlərini bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər davamlı xarakter daşıyır: “Partiyamızın bugünkü uğurlarının ciddi tarixi və siyasi əsasları mövcuddur. YAP Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək cəmiyyətin avanqard siyasi qüvvəsi kimi dövlətimizin, xalqımızın qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini günbəgün artırır. Yeni Azərbaycan Partiyası, eyni zamanda ölkəmizdə siyasi sistemin formalaşmasına, təkmilləşməsinə əsaslı töhfələr verən ümumxalq partiyasıdır”.
Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul edilən qərarlardan, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqində qarşıya qoyulan vəzifələrdən geniş bəhs edən Ə.Tağıyev YAP Goranboy rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Goranboy rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35

