/ / YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Tarixi zəfər salnaməsi” mövzusunda videoformatda konfrans keçirilib
YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Tarixi zəfər salnaməsi” mövzusunda videoformatda konfrans keçirilib
23.09.2021 [18:37]
Sentyabrın 23-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə “Tarixi zəfər salnaməsi” mövzusunda videoformatda konfrans keçirilib.
Öncə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpalarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Veteranlar Şurasının üzvlərinin, partiyanın Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam, Şuşa, Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Laçın, Cəbrayıl, Xocalı, Füzuli, Xocavənd rayon təşkilatlarının fəal üzvlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, 44 günün tarixə yazdığı qürurverici, şanlı səhifə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya böyük sevinc bəxş etdi. Bu xoşbəxtliyi bizlərə yaşadan dövlətimizin başçısı, Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna, bütün əsgər və zabit heyətinə minnətdarlığımızı ifadə edirik. 44 gün davam edən Vətən müharibəsi bir daha Prezident-xalq-ordu birliyini nümayiş etdirdi. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyətli mövqeyi, Ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən əks-hücum əməliyyatları otuz ildən artıq davam edən işğala son qoyacaq! Bu gün Zəfərimizin yaratdığı yeni reallıqlardan bəhs edir, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işlərindən danışırıq. Zəfərin mübarək, Azərbaycan!
Vətən müaribəsinin iştirakçısı, polkovnik-leytenant Adil Nastakalov dövlətimizin ordu quruculuğu istiqamətində atdığı addımlardan geniş bəhs edib. Bildirib ki, Azərbaycan bu tarixi Zəfəri ilə dünyanın hərb tarixinə yeni səhifə yazıb. Bu gün ölkəmizin müharibə təcrübəsi, Vətən müharibəsində tətbiq etdiyi strategiya beynəlxalq ekspertlər tərəfindən öyrənilir.
YAP Veteranlar Şurasının üzvü Adilə Abasova Zəfərimizin tariximizin ən parlaq səhifəsi olduğunu önə çəkərək bu uğura qədər keçilən yola nəzər salıb. Bildirib ki, ulu öndər Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin diplomatik mübarizədə, döyüş meydanında göstərdiyi qətiyyət, ordumuzun gücünün, qüdrətinin artması yönümündə atdığı addımlar öz müsbət nəticəsini verdi.
Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, 44 gündə 30 il işğal altında olan torpaqlarımızı azad etmək heç də asan deyildi. Azərbaycan Ordusu buna hazır idi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti bu Qələbəmizi təmin etdi.
Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qeyd edib ki, Aprel döyüşləri Zəfərimizin başlanğıcıdır. Aprel döyüşləri həm gənclərimizin şüurunda yeniliklər etdi, həm torpaqlarımıza qayıtmaq ideyasını bir daha gücləndirdi, sabaha ümidləri daha da artırdı. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan ordusunun rəşadəti sayəsində torpaqlarımız tarixi sahibinə qovuşdu.
Tədbir diskusiya şəklində davam etdirilib. Partiya fəalları Elmir Məmmədovun, Həsən Şirinovun Zəfərimizə gedən yolu özündə əks etdirən sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

