Tahir Budaqov: 27 Sentyabr tariximizin dönüş nöqtəsidir
27.09.2021 [14:31]
“Bu gün respublikamızda 27 Sentyabr - Anım Günü qeyd olunur. Anım Günündə Vətən uğrunda canlarını fəda etmiş, qəhrəmanlıq göstərərək şəhid olmuş bacı və qardaşlarımızın əziz xatirəsini böyük ehtiramla yad edirik. Tarixi Zəfərin qazanılmasında iştirak edən hər bir şəxsə minnətdarlığımızı bildiririk. 27 sentyabr həm də tariximizdə dönüş nöqtəsidir. Azərbaycan xalqı çoxəsrlik tariximizdə ilk dəfə olaraq bu cür parlaq qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi”. Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında bildirib.
Tahir Budaqov qeyd edib ki, Azərbaycan dövləti və xalqı 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdi. Onun sözlərinə görə, YAP nümayəndələri Anım Günü ilə bağlı II Şəhidlər xiyabanını, ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər: “Düşünürəm ki, şanlı qələbəyə aparan yol 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başladı. Məhz o dövrdən etibarən respublikamızın inkişafı, o cümlədən ordu quruculuğu istiqamətində görülən işlər, həyata keçirilən böyük layihələr, eləcə də informasiya blokadasının yarılması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması haqq işimiz uğrunda mübarizəmizdə mühüm rol oynadı. Bilirsiniz ki, ulu öndər Heydər Əliyevin son çıxışı da bu gün onun adını daşıyan sarayda əsgər və zabitlər qarşısında olmuşdu. Heydər Əliyev həmin tədbirdə səhhətində problem yaranmasına baxmayaraq, Ali Baş Komandan kimi hərbçilərimizə nümunə göstərdi. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın, xalqımızın inkişafına və tərəqqisinə, ölkəmizin bütövlüyünə həsr etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev də tarixi qələbədən sonra ilk olaraq ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi və ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi”.
Vətən müharibəsinin birinci ildönümü ilə bağlı YAP tərəfindən tədbirlər planının təsdiq olunduğunu deyən Tahiq Budaqov vurğulayıb ki, partiyanın bütün yerli təşkilatlarında noyabr ayının ortalarına qədər silsilə tədbirlər davam edəcək: “Bu gün isə Yeni Azərbaycan Partiyasının 27 Sentyabr- Anım Gününə həsr olunmuş böyük konfransı keçiriləcək. Konfransının sonunda bəyanat qəbul olunacaq”.
Xəbər lenti
Hamısına baxDünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30

