“Gender bərabərliyi və gender münasibətləri: Mövcud vəziyyət və prioritet istiqamətlər”
29.09.2021 [15:33]
YAP Mərkəzi Aparatında bu mövzuda videokonfrans keçirilib
Sentyabrın 29-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Gender bərabərliyi və gender münasibətləri: Mövcud vəziyyət və prioritet istiqamətlər” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda uğurlu dövlət gender siyasəti həyata keçirilir. Azərbaycanda gender məsələlərinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu xatırladan Sədaqət Qəhrəmanova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Məhz Onun ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadınları cəmiyyət həyatının müxtəlif sahələrində öz sözlərini deyə biliblər. Dövlət gender siyasətinin əsası da Ulu Öndərimiz tərəfindən qoyulub. Ulu Öndərin fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ildə dövlət qadın siyasəti ilə bağlı fərmanın imzalanması bu sahəyə xüsusi diqqətin ifadəsidir.
Onun sözlərinə görə, Ulu Öndərimizin müəyyənləşdirdiyi bu siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə, dövlətimizin başçısının müvafiq fərmanı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması böyük əhəmiyyət kəsb edir. Heydər Əliyev ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini, qayğısını hər zaman hiss edirlər. Göründüyü kimi, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu gün ölkəmizdə gender bərabərliyi diqqət mərkəzindədir və qadınlarımız da cəmiyyətizin aparıcı hissəsinə çevrilib. Azərbaycan qadını kişilərlə yanaşı ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir.
Tədbirdə həmçinin AMEA-nın Fəlsəfə İnstitutunun "Müasir Siyasətin fəlsəfəsi" şöbəsinin müdiri, professor Rəna Mirzəzadə "Siyasi partiyaların fəaliyyətində gender bərabərliyi", "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mais Əliyev "Əmək hüquqları və gender bərabərliyi", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Sosial Analitik Araşdırmalar şöbəsinin müdiri, BMT-nin SEDAW komitəsinin sədr müavini Elgün Səfərov "Gender stereotipləri və onlarla mübarizə yolları" və Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq" mövzularında çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, hazırda həyata keçirilən gender siyasəti nəticəsində ölkəmizdə qadınların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılıb. Gənc nəslin tərbiyəsi, savadı, mədəniyyəti, zehni inkişafı, vətənpərvərliyi qadınlardan da çox asılıdır. Qadınlar kişilərlə bərabər ölkənin ictimai həyatında, iqtisadiyyat, mədəniyyət, elm, incəsənətin və digər sahələrdə da uğurla çalışırlar. Bu gün elə bir sahə tapmaq olmaz ki, orada qadın əməyi təmsil olunmasın. Bütün bunlar isə Azərbaycanda gender siyasətinin uğurlarıdır.
Çıxışlarda həmçinin, ölkəmizdə məişət zorakılığının qarşısının alınması istiqamətdə görülən işlərdən və bu yöndə mövcud qanunvericilik bazasının önəmindən bəhs olunub.
Sonra tədbir diskussiya şəraitində davam edib, videokonfrans iştirakçılarının sualları cavablandırılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38

