"Vətən uğrunda" abidə kompleksinin ətrafında iməcilik keçirib
03.11.2021 [15:44]
Noyabrın 3-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Zəfər Günü münasibəti ilə Pirallahı rayonunda yerləşən “Vətən uğrunda” abidə kompleksinin ətrafında iməcilik keçirmişdir.
Tədbirdə YAP Pirallahı rayon təşkilatının rəhbərliyi, ərazi partiya təşkilat sədrləri, ümumilikdə 30-a yaxın gənc partiya fəallı iştirak etmişdir.
İməcilik zamanı “Vətən uğrunda” abidə kompleksinin üzərində şəhidlərimizin şəkilləri əks olunmuş barelyef təmizlənmiş, pilləkənlər yuyulmuş, zədələnmiş ağaclar budanmış, abidənin ətrafındakı küçə və səki kənarları süpürülmüş, digər təmizlik və dezinfeksiya işləri görülmüşdür.
Tədbirdən sonra YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov məğrur ordumuzun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən danışaraq bildirdi ki, qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə vurmaqla hərb meydanında böyük üstünlük qazanan Silahlı Qüvvələrimiz "məğlubedilməz erməni ordusu' mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə atəşkəs üçün yalvarmağa və nəhayət, kapitulyasiyaya vadar etdi. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri canı-qanı bahasına Ermənistanın 30 il ərzində öz xarici havadarları hesabına milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi.
Şəhidlərimizin əziz xatirəsindən danışan natiq vurğuladı ki, Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin müqəddəs ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

