Zəfər Günü Pirallahı rayonunda təntənəli şəkildə qeyd olunub
10.11.2021 [11:08]
Bütün ölkə ərazisində olduğu kimi, 8 Noyabr - Zəfər Günü Pirallahı rayonunda da təntənəli şəkildə qeyd olunub. Noyabr ayının ilk günündən etibarən rayonun bayram əhval-ruhiyyəsində tərtibatı üçün Gürgən qəsəbəsinin girişində, qala divarlarının üzərində və mərkəzi yolboyu işıq dirəklərinə plakatlar asılıb, Qələbənin rəmzi olan “Xarı bülbül” emblemi və Zəfər Günü ilə əlaqədar bannerlər bilboardlara vurulub. Bununla yanaşı, Pirallahı rayon sakini olmuş və 44 günlük Vətən müharibəsində şəhid olmuş Vüsal Sübbuh oğlu Babayevin və Elmar Elman oğlu Nəbiyevin şəkilləri həkk olunmuş plakatlar da Gürgən qəsəbəsində, qala divarları üzərində asılıb.
Əlavə olaraq, ötən həftə ərzində rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrində şanlı zəfərimizin təbliğ olunması məqsədilə silsilə tədbirlər, Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilib, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün Hərbi Qənimətlər Parkına və Tarix Diyarşünaslıq Muzeyinə onlayn turlar təşkil olunub.
8 noyabr 2021-ci il tarixində isə Zəfər Gününün təntənəli surətdə qeyd olunması üçün Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib. Tədbir çərçivəsində səhər saatlarından etibarən rayonun 44 şəhidinin əziz xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası keçirilib, ümumilikdə 3500 ağac və gül kolları əkilib.
Sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı, Pirallahı rayonundan seçilmiş millət vəkili, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin iştirakı ilə Gənclər Parkının qarşısından 100-150 nəfərin iştirakı ilə mərkəzi yolboyu “Vətən uğrunda” abidə-kompleksinədək yürüş təşkil olunub.Yürüş başa çatdıqdan sonra Zəfər Günü mövzusuna həsr olunmuş sərgiyə baxış keçirilib.
Daha sonra ümumrayon tədbirinin rəsmi hissəsinin açılışı baş tutub. Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə RİH başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev və rayon prokuroru Zaur Axundzadə çıxış ediblər.
Tədbir Pirallahı məktəbləri və mədəniyyət müəssisələri tərəfindən hazırlanan kompozisiya ilə sona çatıb.
Xəbər lenti
Hamısına baxDünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16

